15:17 / 07-04-2025
Yeni rəis o oldu - Foto
Bütün xəbərlər
"Viy" rejissoru rüşvətxorluğa görə 4 il sərt rejim alıb
Tarix: 07-04-2025 21:53 | Bölmə: Mədəniyyət

 Moskvanın Doroqomilovski Məhkəməsi prodüser və rejissor Aleksey Petruxini rüşvətxorluqda vasitəçilik cəhdində təqsirli bilərək, onu 4 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalandırmaq qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmənin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, Petruxin məhkəmə zalında həbs edilib.
Aleksey Petruxin “Viy” (2014) filminin rejissoru və Kino Fondunun ona qarşı yüz milyonlarla rubl tələb etdiyi “Əjdaha suitinin sirri” filminin prodüseri kimi tanınır.
2024-cü ilin sentyabrında bildirildi ki, Moskva məhkəməsi Petruxinin ev dustaqlığını bəzi fəaliyyətlərə qadağa qoyulması ilə əvəz edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
25-02-2025, 19:36 Xalq artisti vəfat edib