15:08 / 06-04-2025
Məktəbli infarkt keçirib
Bütün xəbərlər
Malı Teatrının aktrisası Moskvanın mərkəzindəki yanğında ölüb
Tarix: 06-04-2025 15:27 | Bölmə: Mədəniyyət

 Moskvanın mərkəzində Malı Teatrının aktrisası yanaraq ölüb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın mərkəzindəki Lesnaya küçəsində baş verən yanğın zamanı dram aktrisası Lyudmila Suvorkina ölüb.
6 mərtəbəli binada yanğın aprelin 5-də saat 22:00 radələrində baş verib. MK xəbər verir ki, 74 yaşlı qadın 3 otaqlı mənzildə tək yaşayıb və qonşuların dediyinə görə, antisosial həyat tərzi sürüb.
74 yaşlı sənətçinin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. İlkin məlumata görə, mənzildə yanğının sahəsi 20 kvadratmetr olub.
Lyudmila Suvorkina A.V.Lunaçarski adına GİTİS-i bitirib.Tula və Çelyabinskdəki dram teatrlarında xidmət etdi.1978-ci ildə Dövlət Akademik Malı Teatrının artisti olub."Qolubyatnya" uşaq teatrını təşkil edib və ona rəhbərlik edib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
25-02-2025, 19:36 Xalq artisti vəfat edib