00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Naibə Allahverdiyeva: "Ərim işsizdir, yalandan ora-bura gedir" - Müsahibə
Tarix: 09-03-2019 00:03 | Bölmə: Mədəniyyət

Xalq artisti Naibə Allahverdiyevanın Axşam.az-a müsahibəsini təqdim edirik:
– İlk dəfə 1987-ci ildə “Sürəyya” adlı filmə çəkilmisiniz. Bu filmə necə dəvət olundunuz?– Məni epizodik rola çəkmək üçün dəvət etmişdilər. Məlahət Abbasova da həmin filmdə baş rol oynayırdı. Rejissor gördü ki, canfəşanlıq edirəm. Rejissor dedi ki, bu qız kadrda maraqlı görünür. Ona görə də, obrazıma sözlər yazdılar və filmdəki rolumu artırdılar.
"BU QƏDƏR RİYAKARLIQ YOX İDİ"
– Və bu gün xalq artistisiniz... Olduğunuz yerdə sizi nə qane edir və nə ürəyinizcə deyil?
– Sənət aləmində gördüyümüz hadisələrin indiki dövrlə çox fərqi var. Aktyorların, rejissorların bu sənətə münasibəti dəyişib. Onda sənətdə qaynama var idi, hər kəs şöhrətə, pula görə bu sənətə gəlməmişdi. Fərqində olmadan bu sənəti sevmişdik. 5-6 yaşım var idi, anamın paltarlarını qayçı ilə kəsib, geyimlər düzəldirdim. Karandaş götürüb özümə bığ çəkirdim. İnsanları həyətə yığıb, onlara tamaşa göstərirdim.
Mən düşünmürdüm ki, şöhrətli olacağam. İndi sənətə pul, şöhrət naminə gəlirlər. Sənət uzaqdan parıltılı görünür. Onun içərisində sizi nələr gözləyir? Bunu bilmək çətindir...
Sən o şöhrəti əldə etmək, irəli getmək üçün nələrisə qurban verməlisən. Bəzən deyirlər ki, adi sənətdir də, gedirsən işə, sonra evə qayıdırsan. Sənətimiz sintezdir, hər şey bir-birinə zəncirvari bağlanıb. Nəyisə əskik etsən, gördüyün iş alınmayacaq. Əqli, fiziki və mənəvi enerji sərf edirsən. Səhnədə kənarda isə qınaqlara, təhqirlərə məruz qalırsan. Bunların hamısını qəbul etməlisən. Biz sovet dövründə elə bilirdik ki, hamı bizi sevir. Küçəyə çıxırdım, insanlar daha şən idi.
– Amma gəlin qəbul edək ki, həmin insanlar sosial şəbəkə olsaydı, yenə də sizə gülüb, gedib mənfi rəy yazacaqdılar...
– Başa düşürəm, riyakarlıq dəhşətli dərəcədədir. Amma həmin dövrdə insanlar daha saf, daha səmimi idi. Qastrollara gedəndə, bizə qonaqlıq vermək üçün insanlar bir-biri ilə dava edirdi. Təbii ki, müəyyən qədər riyakarlıq var idi. Amma bu qədər deyildi. Orta yaşlı nümayəndələr var ki, onların yüz dərdi olsa da, insanın üzünə gülür. İnanmıram ki, onlar haqqımda nəsə mənfi rəy yazalar. Mənə işıqlı baxışla baxan adam necə mənə riyakarlıq edə bilər? Bəlkə çox safam? Deyirlər ki, çox sadəsən...
"LAZIM OLANDA BUYNUZLARIMI ÇIXARIRAM"
– Sadəlik həddində olanda gözəldir axı...
– Kimsə fikirləşirsə, çox sadəyəm, yanılır. Lazım olanda buynuzlarımı çıxarmağı bacarıram. Elə adamlar var ki, heç salam da verəməmişəm. Mənə pozitiv enerji verən insanlarla daim əlaqədə olmaq istəyirəm.
– Qeyd etdiniz ki, sizin dövrünüzdə sənət mühiti başqa idi. Geriyə dönüb baxanda bir çox sənətkarlarımızın unudulmaz filmləri və tamaşaları qalıb. Lakin onların bir çox səfil həyatı sürüblər. Siz hazırki dövrdə gənc qız olaraq sənətə gəlsəydiniz, lüks yaşamı seçərdiniz, yoxsa sənəti?
– Baxır ki, mən harada və hansı xarakterdə dünyaya gələcəkdim. Son zamanlar mənəvi immunitetimiz çox zəifləyib. İnsan var ki, pul onun üçün mənəviyyatdır. Bilmirəm bu havadandır, ya necə? Bəzən deyirlər, bu, sosial durumdan irəli gəlir. Vallah, əvvəl vəziyyət daha acınacaqlı idi. Mənim üç paltarım var idi, qohumların paltarı ilə böyümüşəm. Evimizdə elə səs-küy var idi ki, anam mənə deyirdi oxuma, gözün kor olacaq. Hər şey insanın özündən asılıdır. Sosial şəbəkələrin insanlara böyük təsiri var. 70 faizimiz pis şeyləri daha tez qavrayırıq. Bu, xüsusilə gənc nəsildədir. Bizim elə dövrümüzdür ki, artıq bişmişik. Bəzən sosial şəbəkələrdəki videoçarxlara etiraz edirəm. Bu da bəzilərində qıcıq yaradır. Gələcəyimiz məni çox kədərləndirir. Savadlı gənclərimiz çox azdır.

– Savadlı gəncləri də çox az adam ruhlandırır...
– Gəlin o savadlı olanları mükafatlandıraq, birimiz ev, torpaq hədiyyə edək. Hamı da baxıb, örnək götürsün. Amma əksini edirlər, başqalarına dəyər verirlər.
"ÜZÜNƏ TÜPÜRÜRLƏ, DEYİR, YAĞIŞ YAĞIR"
– Kimdir o başqaları?
– Mikroblar – onlar televiziyalarımıza yol açıblar. Amma heç vaxt sənət insanı ola bilməyəcəklər. Üzünə tüpürürlər, deyir ki, yağış yağır. Mənəviyyatını itirmiş insan üçün heç bir fərqi yoxdur. Neynirəm o pulu? Divandı mənim evimdə də var. Gərək elə 10 min qiyməti olsun? Kiminsə yanında qürurlanım? Nəyə qürurlanıram mən? Mənə deyirlər ki, 10 ildir eyni maşını sürürsünüz, onu niyə dəyişmirsiniz? Hətta bunu mənə polislər də deyir. Deyirəm ki, bu maşını sevirəm. Pis anımda yanımda olub. Baxıram ki, benzini qurtarır. Demişəm ki, “Sonuçka”, məni darda qoyma, yolda qoyma, apar çatdır. Evə çatan kimi benzini qurtarıb. Mən onu necə satım? Əşyalara enerji ötürməlisən. Müəyyən yerlərini əzmişəm. Onu sığallayıram, deyirəm ki, “Sonuçka”, narahat olma, qoy bir az pulum olsun, səni düzəltdirəcəm. Yəni, maşınla da, evimlə də danışıram. Evdən çıxanda deyirəm ki, əziz ocağım, gedirəm, birazdan gələcəyəm, salamat qal. Bu, insanlara qeyri-adi görünür. Ancaq evimə, özümə xoş enerji bəxş edirəm. Baxıram, gənc uşaqlar telefon qurdalayırlar, əllərindən alıb, atıram. Deyirəm, gəlin, söhbət edək. Deyirlər ki, nədən söhbət edək? Deyirəm ki, bilirsən mənə bu sözü niyə deyirsiz? Çünki kitab oxumursunuz. Nə Dostoyevski, nə Çexov, nə Haqverdiyevi tanıyırsınız. Oxumursunuz, o zaman teatra gəlin, "Leyli və Məcnun"a, "Romeo və Culiyetta"ya baxın.
"12 YAŞIMA QƏDƏR ANAMIN KİM OLDUĞUNU BİLMİRDİM"
– Tbilisidə dünyaya gəlsəniz də, sonradan Bakıya köçmüsünüz. Bunun səbəbi nə idi?
– Tbilisidə doğulub, Yevlaxda böyümüşəm. Körpə olanda atam anamdan ayrılıb. Anam xəstə olduğu üçün bacımı atam, məni isə bibim saxlayıb. 12 yaşında atamın yanına gəldim, o zaman anamın kim olduğunu bilmirdim. Baxmayaraq ki, o, həmişə bizə gəlib gedirdi. Çox gözəl idi, onun gözəlliyinə vurğun idim. Həmişə mənə gözəl paltarlar alıb gətirirdi, dadlı yeməklər bişirirdi. Bibim konservativ adam idi. Ona görə anama daha çox meyilli idim. İstəyirdim o, həmişə gəlsin. Amma gəlirdi, hiss edirdim ki, qəlbimdə ona qarşı inciklik var. Məni qucaqlayırdı, deyirdim ki, burax. Elə bil nəyisə hiss edirdim. Bir gün bacım qulağıma pıçıldadı ki, bilirsən, o bizim anamızdır. Həmin günədək atamı da dayım bilirdim.
– Bibinizə ana deyirdiniz?
– Bəli, ana deyirdim.
– Bibinizin həyat yoldaşı var idi?
– Bibimin həyat yoldaşı təyyarəçi idi, qəzada dünyasını dəyişmişdi.
– Atanız da, ananız da sağ idi. Niyə sizə bibiniz baxırdı ki?
– Anam atamı çox sevirdi. Atam ondan ayrılandan sonra o xəstəliyə düçar olub. Çünki sevdiyi insan onu atmışdı. O, depressiyaya düşüb, illərlə xəstə oldu. Dayım da deyib ki, sən o, uşaqlara niyə baxırsan? Atasına ver. Anam mənə belə deyib. Mən də aktrisa olmaq istəyirdim. Bibim rəhmətə getdi, anamın yanına qayıtdım. Atam diktor olmağımı istəyirdi. Söz verdi ki, sənə maşın alacağam. Diktorlar müsabiqəsinə getdim, iki turdan keçdim, amma rus dilim zəif idi deyə, növbəti tura keçə bilmədim.
– İllərdir səhnədə bir çox obrazlar yaratmısınız, ancaq insanlar sizi daha çox “Tomka” deyə çağırırlar. Bu, sizi qıcıqlandırmır?
– Yox, qıcıqlanmıram. Bu rola görə Ramiz Mirzəyevə təşəkkür edirəm. Çünki tanınmağıma bir vasitə, pilləkan oldu. Orada sənətin qaymaqları ilə bir yerdə rol aldım. Mənim üçün böyük şans idi. “Tomka”nı çox sevirəm, xoşum gəlir o qızdan. Çox şirindir. Ondan sonra bütün rejissorlar məni ancaq komediya rollarında görürlər. Cahangir Mehdiyevin “Ölüm hökmü” filmində “Cevriye” obrazım çox səs-küy yaratdı. Həbsxanadan da mənə məktublar gəlirdi. O filmdə açıq-saçıqlıq var idi. İnsanlar onu normal qəbul edirdilər.
– Sənət üçün nələrdən vaz keçmisiniz?
– Sağlamlığımdan...
– Fiziki, yoxsa psixoloji?
– Elə hər ikisi...
– İndi də səhhətinizdə problem var...
– Kaş ki, anam məni həssas doğmayaydı. Bir az gönüqalın olmaq istəyərdim. Deyirlər ki, aktyorların hamısı həssasdır. Ancaq elə gönüqalın adamlar görmüşəm ki... Həssas olmağım özümə ziyandır. Xəstələnməyimin də başlıca səbəbi budur. Mənim həyatımı başqası yaşasaydı, indi ruhi xəstəxanalıq olmuşdu. Mən nevrozam, ona görə heç vaxt psixi xəstə ola bilmərəm.
– Bu yaxınlarda aktyor və şair Orxan Bahadırsoy “Mən sənətə atamı da, anamı da qurban verərəm” demişdi. Siz bu fikirlə razısınız?
– Yox, mən bunu etmərəm. Sənətimi sevirəm, amma həddindən artıq vətənpərvərlik dünyaya qarşı nifrət aşılamaqdır. Hər şey çərçivədə olmalıdır. Çox sadəlik, səmimilik axmaqlıqdır. Çərçivədən çıxdınsa, məhv olmusan deməkdir. Sənə görə özünü asmaq, öldürmək fanatizmdir. Gözəl rollar oynamaq istəyirəm. Bəzən səhnədə kiməsə sillə vurmalısan. Onu həqiqətən etmək olmaz ki... Hərdən o qədər rola girirdim ki, “Mənim ağ göyərçinim” tamaşasından çıxırdım, ürəyim gedirdi. Elə ulayırdım ki, camaatın da, özümün də üstünə təcili yardım gəlirdi. Sonra gördüm ki, yox, özünü yığışdırmaq lazımdır. Səthi yanaşmaq və yaradıcılıqla məşğul olmaq lazımdır.
– Sizi həyatdan nə soyuda bilər?
– Etinasızlıq...
– Kimin etinasızlığı?
– Ümumiyyətlə, həyatdan soyumuşam. Amma hər şeyi də boş verməmişəm. Şükür edirəm ki, insanpərvərliiyimi itirməmişəm. Ancaq əvvəlki Naibə deyiləm.
– Axı, insanlara qarşı narazısifət almırsınız. Pozitivsiniz...
– Hər kəsə pozitiv enerji ötürməyə çalışıram və dərdimi içimdə çəkirəm.
"DEYİRLƏR Kİ, GÖZLƏRİNİZ QAYNAYIR"
– Bu, sizə ziyandır axı...
– Həmişə deyirlər ki, gözləriniz qaynayır. Pozitivsiniz. Camaat neyləsin ki, həyatım neqativlə doludur? Sizin nə günahınız var ki? Elə insanlar var ki, küçədə hirslənir, gəlib arvadının üstünə düşür. Nə olar, bir-birimizin üzünə gülsək? Bayıra çıxıram hamının üzündə ciddilik. Ay balam, nə olub? Hər gün müharibə filmlərinə baxıb, Allahıma şükür edirəm. Nə məcburdur ki, 500 manatlıq ayaqqabı geyinim? 30 manatlıq geyinim də, nə olacaq ki? Bir-birimizlə danışaq, bizə qonaq gəl, söhbət edək, gülək. Mənə belə maraqlıdır.
İstəyirəm ki, gənclərimiz də belə olsun. İnsanlar qara paltarlardan çıxsınlar. Müharibədən əvvəl insanlar rəngarəng geyinirdi. Ona görə də insanın ürəyi açılırdı. İslam dini mənim üçün işıq deməkdir. Tanrını belə gözümüzün qarşısına ağ rəngdə gətiririk. Evdə də hər şeyi rəngli etsək, bu, həyatınıza da təsir edəcək. Evimdə olan qara rəngli əşyaları atıram. Qara geyimlərdən də çox az istifadə edirəm.
– Ən böyük peşmanlığınız nədir?
– İnanmağım. İndi heç kimə inanmıram...
– İnamsız yaşamaq olmur, mütləq ki, kiməsə inanmaq lazımdır...
– Əvvəl elə bilirdim insanlar olduğu kimidir, indi baxıram ki, milyon sifətdədirlər...
– Həyat yoldaşınıza da inanmırsınız?
– Bilmirəm... Hələ kəşf etməmişəm. Hərdən ona nəsə deyəndə, deyir ki, inanmırdın, mənimlə niyə evlənirdin? Deyirəm ki, yox, inanıram, səni çox istəyirəm. Həmişə çətin anlarımda, xəstələnəndə yanımda olur. Xəstəxanaya düşmüşdüm. Eyni paltarda günlərlə yanımda qalırdı. İnanıram ki, o, məni çox istəyir...
– Bəs, gənc həyat yoldaşını qorumaq çətin deyil?
– Mən dəhşətli dərəcədə qısqancam (gülür).

"ƏRİM HEÇ BİR QADINA BAXMIR"
– Bir yerdən gec gələndə dəfələrlə yığırsınız?
– İnanırsınız, o, heç kimin üzünə baxmır. Qonşum mənə deyir ki, ərini blokun ağzında tutub, yarım saat danışdım bir dəfə də dönüb üzümə baxmadı. Görmədim ki, onun gözü, nə rəngdədir. O, heç vaxt başqa qadınlara baxmır. Elə onun heç kimə baxmamağı məni tora saldı. Restoran işlədirdi, mən də oraya xınaya getmişdim. Ofisianta dedim ki, administratoru çağırın. Gələndən sonra xahiş etdim ki, paltarımı dəyişmək üçün mənə bir otaq təşkil etsin. Onun otağında əynimi dəyişdim. Çıxanda dedim ki, xına mərasimləri olanda məni də çağırın. Bununla danışıram, başını qaldırıb, mənə baxmır. Axırda dedim ki, üzünü qaldır, nömrəmi yaz. O deyir ki, başqasının qadınına baxmağa ixtiyarım yoxdur. Onun yeganə üzünə baxdığı insan mənəm. Amma onu qısqanıram, özümdən asılı deyil. Deyirəm, yəqin gözünün altından baxırsan (gülür).
– Həyat yoldaşınızdan nə öyrənmisiniz?
– O, maraqlı müsahibdir. Siyasətdən, futboldan, teatrdan danışırıq. Müasir düşüncəli insandır.
– Sizə qadağalar qoyur?
– Bəli, açıq geyinməyə qoymur. Hərdən də çox dəxlisiz şeylərə qısqanır. Bəzən də ona deyirəm ki, sən niyə məni qısqanmırsan? Deyir ki, qısqansam, dəli ola bilərəm. Deyirəm, yaxşı dəli olma. Mən ona aidəm, o da mənə. Başqa söhbət ola bilməz. Bir də görürsən mübahisə edirik. Dünyada baş verən hadisələrdən danışırıq, qışqırırıq. Bir yerdə əyləşəndə bizə maraqlıdır. Hərdən qarşısına zövqsüz mahnılar çıxır, onun səsi gələndə həyat yoldaşıma qışqırıram ki, musiqinin səsini kəs. Klassik musiqilər qoyuram, beynimiz rahatlaşır.
"KİŞİLƏR OVÇU, QADINLAR İSƏ YEMDİR"
– Sizcə, kişilər qadınlardan üstündür?
– Fiziki gücdə kişilər üstündür, qadınlarda olan romantizm onları zəiflədir. Kişilər həmişə ovçudur, qadınlar isə yemdir. Bir mahnı var "Aman, ovçu, vurma məni" bu, elə-belə deyilməlməyib. "Mən bu dağın maralıyam" deyir. Deyir ki, məni baxışınla, sevginlə vurma, yaralama məni (gülür). Ovçular onların qəlbini yaralayır. Dünyada pis qadınlar yoxdur. Yolunu azan qadınlara isə yaşadığı həyat təsir göstərir. Hər bir qadın ağ atlı şahzadə istəyir.
– Düşünürəm ki, pozğun qadınların elə olmasının səbəbi çox vaxt kişidir...
– Bəli, elədir. Əvvələr bu sadəlikdən irəli gəlir. Biz özümüzə cehiz yığırdıq. O zaman gənclər evlənirdi, yataqxanada qalıb, bir-bir əşyalar alırdılar. İndikilər evlənir, deyir get mənə beş minlik mebel al, 4 minlik yataq dəsti al. Elə şey olar? Bütün bunlar olandan sonra həyatın nə marağı olacaq? Əldə soyuq su ilə paltar yumaqdan birtəhər olmuşduq. İndi paltaryuyan hər şeyi həll edir. Nədən narazısınız, gənclər? Deyirsiniz həyatı sevmirik. Niyə nevrozsunuz, niyə xəstəsiniz? Hər şey hazır gəlir. Nədi-nədi dostunla bahalı restoranda əyləşə bilmirsən ona görə? Naxçıvanda dövlət mənə müvəqqəti ev vermişdi. İki il orada yaşadım, bir televizor vermişdilər mənə arxasına taxta söykəyib istifadə edirdim. Bütün günü oturursunuz internetdə, ay balam, get "Youtube"u aç, kitablar oxu, elmi araşdırma et, ixtiralar et, maşın düzəlt.
"BİZİMKİLƏR EFİRDƏ ƏRİNİ QOYUB QAÇAN QADINI GÖSTƏRİR"
– Əksinə, indi hamı model, aktyor və müğənni olmağa meyillidir...
– Hamı olub artist, əlinə telefon alan vayn çəkir, gic-gic hərəkətlər edir. Ayıbdır! Yekə oğlandı gedir yıxılır, buna gülürlər. Artistlərimiz var da, onlara baxanda deyirəm ki, dörd il yalandan nəyə oxumuşam? Əlinə mikrofon alan müğənni olur. Çıxıb deyəndə ki, filankəsə belə bahalı hədiyyə gəlib. Əlbəttə fikirləşəcəklər ki, niyə oxuyuram? Bu, çox pis örnəkdir. Artıq həyəcan təbili çalmaq lazımdır. Bu, millətimin gələcəyini, mənəviyyatını pozmaqdır. Televiziya həyatın güzgüsüdür. Oradan gözəllik saçmalıyıq. Bazar adamları üçün bir kanal yaratsınlar, hamısı yığılsın oraya. Bu dəqiqə bazarın özündə belə mədəniyyət var. Bazarda işləyən adamlar bunlardan mədəniyyətlidir. Sən mənim gəncimə nə öyrədirsən axı? Onları bu yola dartırsan? Belə insanları məhkəməyə vermək lazımdır.
Cavanlar bilsinlər ki, elə adamların evinə girsən, görərsən ki, iki biti yoxdur. Onu edirlər ki, guya elit insanlar kimi görünsünlər. Bizdə kimin pulu varsa, o elit insan sayılır. Bizdə ən məşşan söz "səviyyə" sözüdür. Səviyyəli insanın davranışı, musiqi, əsər olar, elə insanlar var ki, onların milyonları var, amma salam vermirəm. Çünki onun səviyyəsini görmüşəm. Elə varlılar da var ki, onlarda zadəgan qanı var. Mədəni davranışı ilə örnəkdir. Göstəriş, qıcıq, acıq üçün yaşayılar. Onu görən cavan deyir ki, neyləyirəm teatra gedim. "Bezdarnı" dostumun birinə deyərəm, məni məşhurlaşdırar. Bu dəqiqə məşhur olmağa nə var ki, durum bir gic hərəkət edim, bütün ölkə məndən danışacaq. Tanınmaq asandır, sevilmək çətindir. 30 ildir sənətdəyəm, mənim kimi incəsənət üçün yanan o qədər aktyor var ki... Xarici televiziyalarda əlil qadınlara həyat yoldaşlarının necə xidmət etməsi göstərilir. Onlar arvadlarını atmır. Sən mənə ərini qoyub, qaçan qadını göstərirsən. Avropayla bağlı bunu təbliğ edin. Ər-arvad çətin gündə də, yaxşı gündə də bir yerdə olmalıdır. İndi ərimin işi yoxdur, 2-3 ildir işləmir. Yalandan oraya-buraya gedir, ortada da bir şey yoxdur. İndi onu atmalıyam? Vaxtında işi olub, indi də onun pis gününə dözməliyəm, onu sınmağa qoymamalıyam. Çünki həyat yoldaşıyam. Yaxşılıqları təbliğ etməliyik...
Baxış sayı: 1 298
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb