23:23 / 11-06-2026
Tramp ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) keçmiş direktoru Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd göstərib
23:20 / 11-06-2026
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
19:38 / 11-06-2026
İtaliya Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə çağırır
19:35 / 11-06-2026
Belfast iğtişaşları Starmer üçün problem yarada bilər
19:30 / 11-06-2026
Avtomobilin bir qrup uşağı vurması nəticəsində üç nəfər ölüb
19:18 / 11-06-2026
Berlin ruslara Şengen vizalarının verilməsinin tamamilə qadağan edilməsini təklif edib
19:14 / 11-06-2026
Tapılan balinanın yan üzgəcləri bədəninə iplə bağlanıb
19:09 / 11-06-2026
İran ABŞ-ın istənilən təcavüzünə sərt cavab veriləcəyini bildirib
16:18 / 11-06-2026
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
11:27 / 11-06-2026
300.000 rubl cərimə ödəyəcək
11:20 / 11-06-2026
Cənubi Koreya it ətinin əvəzedicisini tapdı
11:17 / 11-06-2026
FT: AB Xarici İşlər Rəhbəri Kaja Kallas uğursuzluqlar arasında səlahiyyətlərindən məhrum edilə bilər
11:10 / 11-06-2026
Baş verən yanğında iki nəfər həlak olub, bir uşaq xəstəxanaya yerləşdirilib
11:06 / 11-06-2026
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
11:00 / 11-06-2026
Zaporojye Atom Elektrik Stansiyası tamamilə elektriksiz qalıb və ehtiyat generatorlarla işləyir
10:56 / 11-06-2026
ÇSKA qapıçısı və üç əcnəbi oyunçusu "Mirotvorça" bazasına əlavə edildi
10:49 / 11-06-2026
FİDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü dayandırdı
10:46 / 11-06-2026
Dmitriyev Rusiyanın güclü iqtisadi birlik yarada biləcəyi AB ölkəsinin adını çəkdi
10:40 / 11-06-2026
6.0 bal gücündə zəlzələ baş verib
10:36 / 11-06-2026
Rusiya Xarici İşlər Nazirliyi cinsi zorakılıq iddialarını mübahisələndirəcək
10:26 / 11-06-2026
Aeroflot yalnız ruslara sabit biletlər satmağa başlayacaq
23:46 / 10-06-2026
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
23:44 / 10-06-2026
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
19:15 / 10-06-2026
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
19:11 / 10-06-2026
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
19:04 / 10-06-2026
Mayqurov Rusiya Biatlon Birliyinin yenidən prezidenti seçildi
19:00 / 10-06-2026
KTMT ölkələri üzvlük haqqını ödəmədiyinə görə Ermənistanı cəzalandırmağı nəzərdən keçirəcəklər
18:57 / 10-06-2026
ABŞ qüvvələri gecə İranda 20 hədəfə zərbə endirib
18:53 / 10-06-2026
Stubb bildirib ki, AB ilə Rusiya arasında danışıqlar aparan rolunu axtarmır
18:50 / 10-06-2026
Fransa Ukraynanın AB-yə qoşulacağı təqdirdə Rusiya ilə müharibədən qorxur
18:47 / 10-06-2026
"Fox News" Trampın İranla bağlı qarşıdakı planlarını açıqladı
18:44 / 10-06-2026
Dövlət Duması ABŞ-ın aqressiv siyasətinə məruz qalan Kubaya dəstəyin vacibliyini qeyd etdi
18:40 / 10-06-2026
Miqrantlar üçün rüsumların artırılması qərarını düzgün qərar adlandırdı
18:36 / 10-06-2026
2026-cı ildə Rusiyada 40.000-dən çox uşaq düşərgəsi fəaliyyət göstərəcək
18:33 / 10-06-2026
Kənd təsərrüfatı firmasına edilən hücumda yaralanan üç kişidən biri xəstəxanada vəfat edib
18:25 / 10-06-2026
Vahid Dövlət İmtahanında fırıldaq etmək məktəblilər üçün şantajla nəticələnə bilər
Aysel Novruz: Azərbaycan qadını ömrünün ikinci yarısını peşmançılıqla keçirir
Tarix: 08-03-2019 23:12 | Bölmə: Mədəniyyət
8 Mart - Qadınlar günüdür deyərkən, bunun kimlərə şamil olunduğu düşünülmür. Kimlər bu bayrama layiqdir və qadın sözünü layiqli şəkildə daşıyır? Qürurla daşımalı olduqları bu sözün məsuliyyətinin fərqində olan az insan var.
İctimaiyyətin yaratmaq istədiyi qadın fiquru əsl qadınla nə dərəcədə uyğunlaşır? Azərbaycanda bu ada layiq olan və xanımlığı, zərifliyi ilə yanaşı savadı və uğurları ilə tanınan qadınlardan biri Aysel Novruzdur.
Oxu.Az ixtisasca pianoçu olan, Fransız Akademiyasının yaradıcısı Aysel Novruzla müsahibəni təqdim edir:
- Hər şey necə başladı?
- Hər şey mənlə başladı. Fransaya uşaqlıqdan arzularımda getmişdim. Böyüdüm, həyat elə gətirmədi, biz həyatı belə gətirdik ki, arzularımız gerçəyə çevrildi. Orta məktəbi bitirdikdən sonra 18 yaşımda Fransa Konservatoriyasına pianoçu kimi qəbul olub təhsilimi davam etdirdim.
- Fransada oxuyub qayıtdıqdan sonra nə kimi fərqliliklərlə rastlaşdınız? Fransa və Azərbaycanda cəmiyyətində qadınların rolu arasında nə kimi fərqlər var?
- Fransa ilə Azərbaycanın müqayisəsi tipik qərb-şərq müqayisəsidir. Qərbdə insanlar yazılmış qanunlarla yaşayırlar, Şərq isə yazılmamış qanunlar üzərindədir. Təcrübəsiz birinin Qərbə gedib yaşaması mümkündür, ancaq Şərq təcrübəsi daşımayan birinin Şərqdə baş çıxarması qeyri-mümkündür.
Azərbaycan qadını ömrünün ilk yarısını sadəlövh, ikinci yarısını peşmançılıqla keçirir. Cəmiyyətdə qadın kişiyə nisbətən sürətlə inkişaf edir, yavaş-yavaş hər şey dəyişir, cəmiyyətdə qadın xoşbəxtliyi, hüzuru kişiyə nisbətən daha çox axtarır, o, daha çox narazıdır. Bütün bunlar cəmiyyəti dəyişir, bir qadın cəmiyyəti dəyişirsə, o ölkənin aqibəti də dəyişəcək.
- Sizcə, Azərbaycanda feministliyə ehtiyac var? Ümumiyyətlə, Azərbaycanda bu söz düzgün ifadə olunur?
- Feminizm başqadır, Azərbaycandakı feminizm tam başqa. Bizdə qayınanasından icazə alıb gündə üç saat işə gedən hər qadın özünü feminist hesab edir və ya kişiləri tənqid etmək feminizm adlanır. Feminizm çox dərin mövzudur, feminist olmaq təkcə kişilərin yox, təbiətin əksinə getməkdir. Düşünürəm ki, Azərbaycandakı feminizm bir az eqoist qadınlara verilən addır.
Kişilərlə qadınlar bərabər deyil, yaxın on il ərzində də bərabər olmayacaqlar. Azərbaycanda qadın-kişi bərabərliyinin nə olduğunu izah etmək, anlamaq, sonra onu həyata keçirməyə başlamaq lazımdır. Qorxuram ki, kişilərlə qadınlar bərabər olar, sonra kişilərlə qadınlar necə bərabər olur, onu araşdırmağa başlayarıq. Əsl qiyamət onda qopar.
- Sizcə, uğurunuzun əsas səbəbləri nələrdir?
- Məncə, uğurun səbəbi olmur. İnsanlar səhnəyə çıxıb uğuru necə əldə etdiklərini danışırlar. Onları izləyən iki min insana elə gəlir ki, o yolu keçsələr, uğur qazanacaqlar. Kimsə ürəkdən inanır ki, gecə-gündüz çalışsa, sevdiyi işlə məşğul olsa uğur qazanacaq, başqa biri düşünür ki, universiteti atıb getsə uğur qazanacaq, digər biri Harvard Universitetini bitirsə uğur qazanacağını sanır. Bunların səbəbi odur ki, biz uğur qazanmış insanları dinləməyi sevirik.
Sizi əmin edirəm, eyni yolu keçib uğur qazanmamış daha çox insan var. Biz sadəcə onlardan soruşmuruq, onları eşitmirik. Gecə-gündüz oxuyub uğur qazanmamış insan daha çoxdur, Harvard Universitetini bitirib uğur qazanmamış insan, universiteti atıb uğur qazanmamış insan daha çoxdur. Çox az insan uğur qazanır və biz o azlığı səhnəyə çıxarıb dinləyirik, bizə elə gəlir ki, onlar kimi etsək, uğur qazanacağıq.
Uğur sadəcə qismətdir. Hansı yolu keçirsən, keç, sən o uğuru qazanmalısan, o nöqtəyə gələcəksən. Çünki sənin həyatında o nöqtəni yazıblar. Həyatında elə bir dayanacaq var və sən ölümə gedən yolda o dayanacaqdan keçəcəksən. Mənim də uğur qazanma səbəbim yoxdur, uğur adlı dayanacağım var, hazırda yəqin ki, ordayam.
- Nələrdən, kimlərdən ilhamlanırsınız?
- Ədalətdən, xeyirxahlıqdan ilhamlanıram. Birinin yaxşılıq etdiyini, təbəssüm etdiyini, başqa birinə yardım etdiyini görmək məni ümidləndirir. Özümü ən xoşbəxt hiss etdiyim vaxt başqa birinə faydalı olduğum vaxtdır. Gözlərimi yaşardan ən böyük duyğu isə xeyirxahlıqdır.
İlhamlandığım konkret birisi isə yoxdur. Nümunə də, ideal da özümün də xəbərim olmadığı içimdəki özüməm.
- Gənclərdə nələri bəyənmirsiniz?
- Gənclərdə təhsil səviyyəsi, dünyagörüşü yoxsulluqlarını bəyənmirəm. Çox bəsit, sadə qalmışıq, mənasızlaşırıq. Bir tərəfdə həddən çox oxuyan, dünya mədəniyyətinə inteqrasiya edən təbəqə var, digər tərəfdə də ağzını açıb üç cümləni ardıcıl sərbəst şəkildə danışa bilməyən, özünü ifadə edə bilməyən, nə istədiyini anlamayan, informasiya alış-verişində geri qalan gənc təbəqə var.
Bunu görmək üçün metroya, avtobusa minmək, universitetlərin qarşısından keçmək kifayətdir. Gənclər sadəcə “İnstagram”da moda səhifələrini bəyənib zahirlərini dəyişməklə məşğuldurlar.
Yeganə narazı qaldığım təhsil və dünyagörüş səviyyələridir. Çoxlu kitab oxumaq yox, doğru kitab oxumaq lazımdır. Nə qədər oxuduğun yox, nə oxuduğun önəmlidir. Kütlə psixologiyasından çıxmaq lazımdır. Hazırda Azərbaycanda mövcud sosial problemlərin kökündə kütlə psixologiyası, mentalitet dayanır. Külək həmişə bir istiqamətə əsir.
Fərdilik fərqlilik deməkdir. Fərqlilik azad fikirdir, azad fikir – demokratiyadır. Demokratiya inkişaf deməkdir. Sürü kimi gedəndə heç bir inkişafdan söhbət gedə bilməz. Gənc qızlarda, qadınlarda birmənalı olaraq savad, elm, təhsil, dünyagörüşü bəyənmirəm.
- Daha yaxşı cəmiyyət necə yaratmaq olar, sizcə?
- İbtidai təhsil çox önəmlidir. İnsanlara hər şeydən əvvəl xoşbəxt olmağı, sonra ağıllı olmağı öyrətmək lazımdır. İnsanlar xoşbəxt yaşamaq üçün çalışmalıdırlar. Daha çox ağıllı olmaq rəqabət yaradır, rəqabət hüzursuzluq yaradır, hüzursuzluq isə psixoloji travmadır.
“Daha ağıllı” müsabiqəsindən çıxıb necə rahat və xoşbəxt, mehriban yaşaya biləcəyimizi düşünməliyik. Fərddən öncə toplum yetişdirmək lazımdır. Düzdür, fərdin sayəsində toplum yaranır, amma diqqət fərdə yox, topluma yönəlir.
Məktəblərin rolu böyükdür. Azərbaycanda yaxşı təhsil verən ödənişli liseylər, yaxşı təhsil verməyən ödənişsiz dövlət məktəbləri var. Bu o deməkdir ki, əhalinin əksəriyyəti doğru istiqamətlənmədən kənarda qalıb. Əhali haraya, necə gedəcəyini bilmir, bunlar da getdikcə problem yaradır.
Metroda qatardan düşən də narazıdır ki, düşməyə imkan vermirlər, qatara minən də narazıdır ki, minməyə imkan vermirlər. Hamı şikayət edir.
Təhsil yaxşı olmalıdır deyib Amerikanın riyaziyyat kitabini gətirməyə ehtiyac yoxdur. Tədris başqadır, təhsil daha geniş məfhumdur. Ruhun, bədənin, mədəniyyətin, yanaşmanın, xarakterin təhsili inkişaf etdirilməlidir. Bütün bədən üzvlərimiz təhsil almalıdır, ancaq bu yolla xaosdan çıxa biləcəyik.
- Gələcək üçün planlarınız nələrdir?
- Heç vaxt plan qurmuram. Həyatın mənim üçün hazırladığı plan olduğuna əminəm, onu heç vaxt dəyişdirə bilmərəm, ona hazır ola bilərəm. Bu, yayda çimərliyə getmək üçün yazdan arıqlamağa başlamağa bənzəyir.
Həyatı belə yaşayıram: əxlaqımı, mənəviyyatımı, təhsilimi, dünyagörüşümü səviyyəsində saxlamağa çalışıram ki, həyat sabah mənə başqa imtahan, mükafat gətirəndə onu həzm edə bilim. Həyatın nə gətirəcəyini bilmirəm, onu axtarmağa da çalışmıram. Sabah oyanıb tamamilə fərqli ölkədə həyatımı davam edə bilərəm. İnandığım bir şey var: mənim olan əvvəl-axır mənə gələcək, mənim olmayanlar üçünsə enerji sərf etməyimə gərək yoxdur. Diqqət etdiyim öz sahib olduğum dəyərlərdir. Onları itirməməli, məhv etməməliyəm. Qalan heç nə üçün çalışmıram.
- Qadınlara, gənc qızlara sözünüz...
- Gənclərdə görmək istədiyim içdən gələn təbəssümdür. İçlərini və ətraflarını elə düzəltsinlar ki, o təbəssüm daim səmimi olsun.
Baxış sayı: 1 153
Bölməyə aid digər xəbərlər

10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib
14-04-2026, 23:14
"Sun": Madonna 17 apreldə yeddi ildən sonra ilk albomunu buraxacaq
14-04-2026, 17:40
Bəstəkar Raymonds Pauls xəstəxanaya yerləşdirilib
13-04-2026, 19:26
"Yumor kralı" Qeorqe Urski Moldovada vəfat etdi
9-04-2026, 22:13
Məşhur türk aktyoru Burak Deniz narkotik basqını zamanı saxlanılıb
9-04-2026, 21:50
Xəstəxanaya yerləşdirilmiş bütün teatr işçiləri evə buraxılıb
8-04-2026, 20:28
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
31-03-2026, 23:09
Rusiyanın xalq artisti Nikolay Baskova qarşı qiyabi olaraq əlavə ittihamlar irəli sürüb
30-03-2026, 23:33
"Maski şou"nun aktyoru vəfat etdi
29-03-2026, 18:34
Kirkorovun nümayəndəsi müğənninin Hava Limanında siqaret çəkməsi ilə bağlı şərh verdi
26-03-2026, 23:06
İtalyan rejissor opera üzərində işləyərkən qabırğalarını sındırıb
16-03-2026, 22:02
"Skuf" Rusiyada nümayiş olunmayacaq
2-03-2026, 23:32
İranda YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı hücumlarda zərər görüb
23-02-2026, 20:36
Cərimənin gec ödənilməsinə görə cərimələndi
21-02-2026, 21:53
"Buranovskie Babuşki" qrupunun üzvü xərçəngdən əziyyət çəkirdi