15:02 / 21-01-2025
Balaca suitini xilas ediblər
09:55 / 21-01-2025
Müstəqilliyə aparan yol
Bütün xəbərlər
Məhkəmə "Real Boys"un aktyoru Selivanovun övladını anasının yanında qoyub
Tarix: 21-01-2025 20:24 | Bölmə: Mədəniyyət

Moskvanın Simonovski Rayon Məhkəməsi aktyor Vladimir Selivanov və onun keçmiş arvadı Viktoriya arasında ümumi övladı, yeddi yaşlı qızı Evanın yaşayış yerinin müəyyən edilməsi məsələsi üzrə barışıq sazişini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dinləmədən sonra Viktoriyanın vəkili İvan Kormov bildirib ki, tərəflər qızın anası ilə iqamətgahı, həmçinin alimentin məbləği barədə razılığa gəliblər.
Eyni zamanda, qızı maneəsiz atası ilə ünsiyyət qura biləcək.Vəkilin sözlərinə görə, məhkəmə uşağın istəyini nəzərə alıb.
Vladimir Selivanov keçmiş KVN iştirakçısı və "Real Boys" serialında baş rollardan birinin ifaçısıdır. Əvvəllər aktyor qızını keçmiş həyat yoldaşından almaq istəyini ifadə edərək, uşağı boşandıqdan sonra yaranan problemlərdən qorumağa çalışdığını açıqlamışdı.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər