Bütün xəbərlər
Londonda məşhur Somerset Ev Muzeyində yanğın baş verib
Tarix: 17-08-2024 19:48 | Bölmə: Mədəniyyət

Londonda məşhur incəsənət muzeyinin yerləşdiyi tarixi Somerset House binasında yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhər yanğından mühafizə xidmətinin məlumatına görə, hadisə yerində 70 mütəxəssis və 10 yanğınsöndürən maşın işləyir. Yanğının səbəbləri hələlik məlum deyil.
Londonun mərkəzində yerləşən Somerset House, incəsənətlə bağlı tədbirlərə ev sahibliyi edən mühüm mədəniyyət mərkəzidir. Binanın bir qanadında dünyanın ən böyük sənət kolleksiyalarından birinə sahib olan Courthauld Qalereyası yerləşir.


Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər