Bütün xəbərlər
Dolina fırıldaqçıların qurbanına çevrildikdən sonra video mesaj yazıb
Tarix: 13-08-2024 17:03 | Bölmə: Mədəniyyət

Məşhur estrada müğənnisi, aktrisa, Rusiya Federasiyasının xalq artisti Larisa Dolina fırıldaqçıların qurbanına çevrildiyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, internetdə yayılan videomüraciətdə müğənni "Mənə qarşı çox mürəkkəb və planlaşdırılmış saxtakarlıq hərəkətləri edilib" deyib.
Dolina bildirib ki, dələduzluqla bağlı cinayət işi açılıb, o, zərərçəkmiş kimi tanınıb, mənzilinə həbs qoyulub.
Müğənninin sözlərinə görə, istintaq əvvəllər dələduzların Ukrayna ərazisində olduğunu müəyyən edib.
Dolina istintaqın maraqlarını əsas gətirərək başqa şərh verməyib. O, jurnalistlərdən də onu narahat etməməyi xahiş edib.
Bundan əvvəl bir sıra KİV-lərdə Rusiya Federasiyasının xalq artistinin fırıldaqçıların qurbanına çevrildiyi barədə məlumatlar yayılıb: o, Moskvanın mərkəzindəki mənzili sataraq fırıldaqçılara 100 milyon rubldan çox pul köçürüb.
Əmlakın pulunu ödədiklərini iddia edən “yeni sahiblər” onun mənzilinə soxulmağa cəhd ediblər.


Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər