Bütün xəbərlər
Maqomayev Fondu “Krokus”da törədilən terror aktının 300 qurbanına pul ödəyəcək
Tarix: 10-08-2024 10:34 | Bölmə: Mədəniyyət

Martın 22-də "Crocus City Hall"da törədilən terror aktı nəticəsində xəsarət alan 300-ə yaxın vətəndaş Müslüm Maqomayev Fondundan maddi yardım ala bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müraciətlərə baxan komissiya sentyabr ayında zərərçəkmişlərin siyahılarını tərtib edəcək və onlar arasında pul paylayacaq.
Fondun hesablarında 140 milyon rubl var. Pulun əsas hissəsini Araz və Emin Ağalarovlar, eləcə də digər vətəndaş və təşkilatlar toplayıb. Fond qurbanlara yardım proqramına pul ianə edən hər kəsə səmimi minnətdarlığını bildirir.
Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Hücum edənlər ziyarətçilərə avtomatlardan atəş açıb və auditoriyanı yandırıblar. 145 nəfər ölüb.
Terror aktını törətməkdə ittiham olunan 12 nəfər həbs edilib. İstintaq terror aktını törədənlər Tacikistan vətəndaşları Muhammadsobir Fayzov, Fariduni Shamsiddin, Dalerjon Mirzoev və Saidakram Rajabalizoda hesab edir.



Baxış sayı: 492


Bölməyə aid digər xəbərlər