Bütün xəbərlər
Leninin abidəsini Şevçenko ilə yenidən düzəltdilər, başını dəyişdirdilər
Tarix: 03-08-2024 08:38 | Bölmə: Mədəniyyət

Ukrayna mediası xəbər verir ki, Jitomir vilayətindəki kəndlərdən birinin hakimiyyəti Vladimir Leninin heykəlini Taras Şevçenkoya çevirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müəlliflər, görünür, ən sadə yolla getməyə qərar veriblər və görkəmli şairin başını dünya proletariatının liderinin bədəninə qaynaq ediblər. Nəticədə abidə hələ də Leninə bənzəyir, amma nədənsə qabarıq qaşları və sallanan bığı var.
Bundan əvvəl Kiyev sakinləri ABŞ prezidenti Ronald Reyqanın şəhərdə abidəsinin qoyulması ideyasını dəstəkləyiblər. Artıq tələb olunan 6 min imza toplanıb və yer seçilir.



Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər