14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
“Dalnoboyşikov”un rejissoru Yuri Kuzmenko vəfat edib
Tarix: 15-07-2024 19:18 | Bölmə: Mədəniyyət

Rusiyalı rejissor və aktyor Yuri Kuzmenko vəfat edib, bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 75 yaşı var idi.
Kuzmenko məşhur “Dalnoboyşikov” serialının ilk 20 seriyasının rejissoru kimi şöhrət qazandı. O, həmçinin 18-ci epizodda fors-major eksperti kimi epizaodik rolunu oynayıb.
Xatırladaq ki, Yuri Aleksandroviç Kuzmenko 25 may 1949-cu ildə Xarkovda anadan olub, əvvəlcə Xarkov Universitetinin Xarici dillər fakültəsini bitirib, sonra A.S. Lunaçarski Teatr Sənəti İnstitutunda təhsil alıb.
70-ci illərdə Kuzmenko Moldova-Film studiyasında işləyib, 80-ci illərin əvvəllərində isə VGİK-də rejissorluq kurslarını bitirib.


Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər