Bütün xəbərlər
“Rövşən “ ritm qrupu Beynəlxalq Ritm Festivalında iştirak edib
Tarix: 04-07-2024 01:31 | Bölmə: Mədəniyyət

N.Nərimanov adına Sumqayıt şəhər  Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Rövşən “ ritm qrupunun rəhbəri  Rövşən Cabbar artıq br neçə ildir ki, Azərbaycanımızı  ölkələr arasında  özünəməxsus ritmləri ilə təmsil edir.
Sabaha-inamla.az-a N.Nərimanov adına Sumqayıt şəhər  Mədəniyyət Mərkəzindən verilən məlumata görə, 2015-ci ildən Samara vilayətinin Tolyatti şəhərində keçirilən  Beynəlxalq Ritm Festivalında  ölkəmizi təmsil edib və 24-cü Beynəlxalq Ritm Festivalında  da uğurla iştirak  edərək,iyun ayınin 20 - dən  30-na qədər ustad  dərsləri keçirib. 2024-cü il  İyun ayının 15-i Rusiyanın  paytaxtı Moskva şəhərinə ,iyunun 18-i isə Kazan şəhərinə dəvət alaraq konsertdə  cıxış edib və ustad dərsləri keçib.Dünyanın bir çox şəhərlərindən--Moskvadan Andrey Tanzyu,Tacikistandan Xayrulla  Dadoboyev və Azərbaycandan Rövşən Cabbar  üçlüyü bir neçə ölkə və şəhərlərdən  ustad dərsləri  üçün dəvət və təkliflər  almışdır.







Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər