Bütün xəbərlər
Mişustin Qolikovanı Kino Fondunun idarə heyətinin sədri təyin edib
Tarix: 14-06-2024 22:54 | Bölmə: Mədəniyyət

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Rusiya Kinematoqrafiyasına Sosial-İqtisadi Dəstək Federal Fondunun idarə heyətinin sədri təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hüquqi informasiyanın rəsmi internet portalında dərc olunan sərəncamda deyilir. Bu vəzifəni əvvəllər Vladimir Tolstoy tutub.
Qolikovadan başqa Kino Fondunun idarə heyətinə kinorejissor Sergey Ursulyak, Cizgi Film Sənayesi Təşkilatları Assosiasiyasının prezidenti İlya Popov və prodüser Qavriil Qordeyev daxil idi.
Tolstoydan başqa, “Soyuzmultfilm” kinostudiyasının idarə heyətinin sədri Yuliana Slaşçeva və rejissor Vladimir Xotinenko şuradan çıxarılıb.



Baxış sayı: 604


Bölməyə aid digər xəbərlər