Bütün xəbərlər
Müğənni Fransuaza Hardi vəfat edib
Tarix: 12-06-2024 09:09 | Bölmə: Mədəniyyət

Fransalı müğənni Fransuaza Hardi 80 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ifaçının oğlu, musiqiçi Tomas Dutronc sosial şəbəkədəki səhifəsində Ardinin fotosunun müşayiəti ilə “Ana getdi” yazısı ilə paylaşım edib.
"Fransuaza Hardi getdi. Altmışıncı illərin simvolu olan zərif müğənni vəfat etdi... İkonik və zamansız üsluba malik fransız qadın, "yé-ye" hərəkatının aparıcı simasının 80 yaşı var idi", - BFMTV xəbər verir.
Müğənninin uzun müddət limfoma ilə mübarizə apardığı və 2019-cu ildə ona yeni xərçəng diaqnozu qoyulduğu məlum olub. Bu ilin mart ayında Ardi bir daha oxuya bilməyəcəyini söyləyib.



Baxış sayı: 621


Bölməyə aid digər xəbərlər