Bütün xəbərlər
Nyu Yorkda naməlum şəxs amerikalı aktyor Stiv Busemiyə hücum edib
Tarix: 13-05-2024 12:32 | Bölmə: Mədəniyyət

Amerikalı aktyor Stiv Buscemi Nyu-Yorkda gəzinti zamanı küçə hücumunun qurbanı olub - naməlum şəxs səbəbsiz yerə onun üzünə vuraraq qaçıb, "New York Post" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, 66 yaşlı aktyor mayın 8-i günorta Manhettenin mərkəzində hücuma məruz qalıb. Hücumçu Buscemi vurub, sonra qaçıb. Zərərçəkənin üzündə və sol gözündə şişkinlik yaranıb və xəstəxanaya yerləşdirilib.
NYPD hücum etdiyi iddia edilən şəxsin, beysbol papağı, mavi köynək və qara idman şalvarı geyinmiş saqqallı adamın fotolarını yayımlayıb. Onun hələ də azadlıqda olduğu qeyd edilir.


Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər