Bütün xəbərlər
Nazir müavini Məmməd İsmayılı ziyarət edib
Tarix: 16-02-2024 16:28 | Bölmə: Mədəniyyət

                      nazir-muavini-memmed-ismayili-ziyaret-edib



Mədəniyyət nazirinin müavini Murad Hüseynov tanınmış şair, publisist Məmməd İsmayılın səhhətində yaranmış problemlərlə əlaqədar onu ziyarət edib.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qurumun Mətbuat xidmətindən məlumat verilib.  
“Mədəniyyət Nazirliyi Məmməd İsmayılın səhhəti ilə yaxından maraqlanır və bunu diqqət mərkəzində saxlayır. Şairin müalicəsinə zəruri dəstəyin göstərilməsi üçün müvafiq qurumlara müraciət ediləcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, ötən gün ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. Diqqətə çatdırılıb ki, şairin səhhətində problemlər yaranıb, ona kömək lazımdır.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya