Bütün xəbərlər
“Bi-2” İsrailə deportasiya ilə bağlı məlumatları təkzib edib
Tarix: 30-01-2024 11:55 | Bölmə: Mədəniyyət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Bi-2” rok qrupunun musiqiçiləri insanları müxtəlif KİV-lərin Tailanddan deportasiya olunmaları ilə bağlı yaydıqları məlumatlara inanmamağa çağırıblar.
"Hazırda vəziyyət həll olunmayıb", - qrupun Telegram kanalı xəbər verir.
Qrup üzvləri Phuket adasındakı konsertdən sonra saxlanılıb. Tədbir iş icazəsi olmadan təşkil edilib. Məhkəmə musiqiçilərin hər birini 3 min tay bahtı (təxminən 85 ABŞ dolları) məbləğində cərimələyib. Onlar yaxın vaxtlarda ölkədən deportasiya edilməlidir.
Tayland qanunvericiliyinə görə, deportasiya pasportun verildiyi ölkəyə həyata keçirilir. Qrupun yeddi üzvündən beşi Rusiya vətəndaşıdır, daha iki üzvü Avstraliya və İsrail pasportlarından istifadə edərək Taylanda daxil olub.
Bu arada Ynet daha əvvəl məlumat vermişdi ki, qrupun yeddi üzvündən dördü bu ölkənin vətəndaşlığına sahib olduqları üçün İsrailə deportasiya ediləcək.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər