Bütün xəbərlər
Satira Teatrında baş verən yanğın söndürülüb
Tarix: 28-01-2024 18:53 | Bölmə: Mədəniyyət

Xilasedicilər Triumfalnaya meydanında yerləşən Moskva Satira Teatrında baş verən yanğının öhdəsindən gələ biliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürənlərə günbəzin taxta döşəmələrini bürüyən alovu söndürmək üçün təxminən iki saat vaxt sərf olunub. Yanğın sahəsi 250 kvadratmetrə yaxın olub.
1911-ci ildə tikilmiş binadan 50 nəfər çıxarılıb, onlardan heç biri xəsarət almayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ərazidə hələ çox işi olduğundan axşam tamaşaları ləğv edilib.
Yanğının səbəblərini müəyyənləşdirmək hələ də davam edir. Bir sıra nəşrlərdə günbəzin altında təmir işlərinin aparıldığı göstərilsə də, bu məlumatların təsdiqi yox idi.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya