Bütün xəbərlər
76 yaşlı Bari Əlibasov səkkizinci dəfə ailə həyatı qurub
Tarix: 23-01-2024 16:37 | Bölmə: Mədəniyyət

“Na-na” qrupunun yaradıcısı Bari Əlibasovun evliliyi məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, prodüser, aktrisa Lidiya Fedoseeva-Şukşina ilə boşandıqdan üç il sonra yeni münasibətləri qeydiyyata almağa qərar verdi.
Əlibasovun həyat yoldaşı Donetskdə tanış olduğu köməkçisi Yelena idi. Təxminən iki il əvvəl Əlibasovun səhhətində problemlər yarananda tibb bacısı lazım olub. Qadın ona gündəlik həyatda kömək etməyə razılaşdı.
Cütlüyün toy şənliyi olmayıb. Prodüser YouTube kanallarından birinə verdiyi müsahibədə Elena ilə sadəcə imza atdıqlarını söylədi.
Bari Kərimoviç deyir: "Biz heç restorana da getmədik. Getdik və imzaladıq. Sakitcə qeydiyyatdan keçdik və sakit yaşadıq".
Yelena ilə görüşməzdən əvvəl Əlibasov yeddi dəfə evləndi və bunlar, özünün dediyi kimi, yalnız rəsmi nikahlar idi, lakin qeydiyyatdan keçməmiş münasibətlər də var idi.
Onun ən bədnam şəxsi hekayələrindən biri aktrisa Lidiya Fedoseeva-Şukşina ilə iki il davam edən birliyi idi. "Boris Korçevnikov ilə bir insanın taleyi" verilişində romantikalarının necə başladığını xatırladılar.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər