Bütün xəbərlər
Abxaziya qalereyasında baş verən yanğından sonra 4 min rəsmdən 150-si xilas edilib
Tarix: 21-01-2024 17:14 | Bölmə: Mədəniyyət

Suxumda Abxaziya Dövlət Qalereyasında baş verən böyük yanğından sonra dörd min rəsm əsərindən 150-yə yaxını xilas edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbəri vəzifəsini icra edən Dinara Smir danışıb.
Onun sözlərinə görə, hazırda dağıntıların təhlili davam edir, rəsm əsərlərinin parçaları aşkarlanıb və ola bilsin ki, onların bəziləri bərpa olunacaq. “RİA Novosti” xəbər verir ki, yanğından dəyən ziyan qiymətləndiriləcək.
Yanvarın 21-nə keçən gecə Abxaziya Dövlət Rəsm Qalereyasının kolleksiyasının yerləşdiyi Mərkəzi Sərgi Salonunun binasında yanğın baş verib. Respublikanın vitse-prezidenti Badra Qunbanın dediyi kimi, yanğın qalereyanın demək olar ki, bütün kolleksiyasını məhv edib.
Hazırda ekspertlər yanğının səbəbini müəyyənləşdirirlər. Digərləri ilə yanaşı, yandırma versiyası da nəzərdən keçirilir.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər