Bütün xəbərlər
Yeni “ÜLKƏR” filmi gəlir!
Tarix: 16-01-2024 15:13 | Bölmə: Mədəniyyət


Sabaha-inamla.az xəbər verir ki, kinorejissor, layihə rəhbəri Faiq Nağıyevin yeni bir filminin yaxın günlərdə təqdmatı olacaq. “Ülkər” adlanan bu ekran əsərinin ssenari müəllifi Yeganə Kərimzadə, rejissorları Xəyalə Meydanova və Rövşən Kərimduxtdur. Dram janrında çəkilən “Ülkər”də baş rolu Röya Paşayeva canlandırıb. Bəstəkarı isə Sevinc Tofiqqızıdır.

Ülkər filmi gəlir
Kinorejissor Faiq Nağıyev

Bu barədə filmin layihə rəhbəri F.Nağıyev televiziyamıza müsahibəsində bildirib. “Ssenarinin motivi real həyatdan götürülüb. Ülkər sadə və çox gözəl, on yeddi yaşında gənc qızdı. Atası sadə kənd müəllimi, anası evdar qadın, kiçik qardaşı İsmayıl isə məktəblidi. Film toyla başlayır. İlk baxışdan hər şey yerli yerində və gözəl görünür. Birdən hər şey dəyişməyə başlayır. Halı dəyişən İsmayıl evin arxasına keçir və təsadüfən atası ilə bacısının qayınatasının söhbətinə şahid olur”, – kinorejissor film haqqında danışıb.
F.Nağıyev daha sonra nələrin olduğunu gizli qalmasını istədiyi üçün biz də tam olaraq açıqlama vermirik. Çünki tezliklə “Ülkər” filminin premyerası olacaq.
Bunu da kinorejissor bildirib. Onun sözlərinə görə, həyəcan, göz yaşı, tamaşaçını daim intizarda saxlayan bu ekran əsərinin təqdimatı yanvarın 31-də, “Alov qüllələri”dəki kinoteatrda baş tutacaq.
Onu da deyək ki, “Ülkər” filmində hadisələr kəskin və dramatikdir. Bununla yanaşı cəmiyyətə bir çox mesajlar ötürən tərbiyəvi bir əsərdir. 90 dəqiqəlik filmə yalnız yaşı 18-dən yuxarı olanlar baxa bilərlər.





Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər