Bütün xəbərlər
Maykl Cekson haqqında onun qardaşı oğlunun iştirakı ilə bioqrafik filmin çəkilişləri başlayır
Tarix: 14-01-2024 16:50 | Bölmə: Mədəniyyət

Yanvarın 22-də rejissor Antuan Fukua Maykl Cekson haqqında sənədli filmin çəkilişlərinə başlayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Premyera 18 aprel 2025-ci il tarixinə planlaşdırılır.
“Variety” xəbər verir ki, “Pop kralı” obrazını onun 27 yaşlı qardaşı oğlu Cəfər Cekson canlandıracaq. Filmin işçi adı “Maykl”dır. Filmdə əsas diqqət ulduzun yüksəlişləri və faciələrindən bəhs edəcək. Kinorejissorlar bunun "parlaq, lakin mürəkkəb bir insanın dürüst portreti" olacağına söz verirlər.
Bioqrafik filmi "Oskar" mükafatçısı (The Departed) və "Oskar" namizədi (Bohemian Rhapsody) Qrem Kinq istehsal edir. Ceksonun icraçıları Con Branca və John McClain də filmin prodüseri olacaqlar. Ola bilsin ki, onların layihədə iştirakı filmdə müğənni ətrafında yaşanan seks qalmaqalına toxunacağından xəbər verir.
"Qladiator" yaradıcısı Con Loqan ssenarini yazır.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər