Bütün xəbərlər
Süni intellektlə yaradılmış holoqrafik Elvis Preslinin ilk konserti Londonda baş tutacaq
Tarix: 04-01-2024 21:57 | Bölmə: Mədəniyyət

Süni intellektdən istifadə etməklə yaradılmış Elvis Preslinin real ölçülü holoqramının yer aldığı ilk konsert 2024-cü ilin noyabrında Londonda keçiriləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Britaniyanın “Layered Reality” şirkəti rok-n-rollun kralını “diriltmək” qərarına gəlib. Bunun üçün ona amerikalı müğənninin minlərlə şəxsi fotoşəkilləri və ev videoları lazım idi.
Fanatlar Preslini ilk dəfə bu ilin noyabrında Londonda keçiriləcək Elvis Evolution şousunda görə biləcəklər. Konsertlər daha sonra Las-Veqas, Berlin və Tokioda keçiriləcək.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya