Bütün xəbərlər
Müğənni Filipp Kirkorovun rəsmi saytı bloklanıb
Tarix: 28-12-2023 10:33 | Bölmə: Mədəniyyət

Rusiyanın xalq artisti Filipp Kirkorovun saytı bloklanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Filipp Kirkorovun rəsmi saytına baxmaq istəyərkən istifadəçilər 4030 xətası və "Sayt bloklanıb. Zəhmət olmasa, sonra qayıdın" mesajını görürlər.
Müğənninin mətbuat katibi Yekaterina Uspenskaya TASS-a şərhində bildirib ki, Rusiya Federasiyasının xalq artistinin saytının niyə bloklandığını bilmir və texniki dəstək ilə əlaqə saxlayıb.
Bundan əvvəl Filipp Kirkorov bloqqer Anastasiya İvleyevanın gecəsində iştirak etdiyi üçün ictimaiyyətdən üzr istəyib.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya