Bütün xəbərlər
"Parazit" filmində rol alan aktyor Li Sonq Kyun ölü tapılıb
Tarix: 27-12-2023 11:03 | Bölmə: Mədəniyyət


Cənubi Koreyanın "Oskar" mükafatlı "Parazit" filminin aktyoru Li Sonq Kyun Seulun mərkəzindəki parkın yaxınlığında ölü tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, o, intihar edib.
Dekabrın 27-də səhər saatlarında Seulun mərkəzindəki Waren Parkı yaxınlığında avtomobildə tapılan adamın Li Sonq Kyun Seulun olduğu müəyyən edilib. Ulduzun meneceri aktyorun evdə intihar məktubuna oxşayan qeyd qoyduğunu bildirib.
Li Sonq Kyun cəsədi müayinə üçün Seul Milli Universitet Xəstəxanasına aparılıb.
Agentliyin məlumatına görə, aktyor bu ilin oktyabr ayından narkotik maddə istifadəsinə görə istintaqa cəlb edilsə də, günahsız olduğunu israr edib, hətta poliqrafiya testindən keçmək qərarına gəlib, lakin buna vaxt tapmayıb.
48 yaşlı aktyor baş rolda oynadığı "Parazit" filminin 2020-ci ildə Akademiya Mükafatını qazanmasından sonra dünya şöhrəti qazanıb.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya