Bütün xəbərlər
Moskvada Mariya Zaxarovanın şeirləri əsasında hazırlanmış mahnının təqdimatı olub
Tarix: 24-12-2023 18:17 | Bölmə: Mədəniyyət

Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın misraları əsasında hazırlanmış Milad mahnısının təqdimatı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu "Milad. Yaxşı saat" adlanır. Bu, Rusiya-Belarus birgə musiqi layihəsidir.
Mahnı gənc belarus müğənnisi, “Vitebsk-2019” XVII beynəlxalq uşaq musiqi müsabiqəsinin "Qran-pri" qalibi Kseniya Qaletskaya tərəfindən ifa olunub. Klipin işində Rusiyanın xalq artisti Nikas Safronov iştirak edib.
Mahnının təqdimatı Mariya Zaxarovanın doğum gününə həsr olunub. Onu təbrik etməyə çoxlu diplomatlar, siyasətçilər, jurnalistlər və mədəniyyət xadimləri gəlib.
Bu, Mariya Zaxarovanın şeirləri əsasında yazılmış ilk mahnı deyil. Belə ki, ötən ilin iyul ayında müğənni Lüsi Çebotina “Jun Song” adlı yeni treki və ona klip çəkdirib.



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya