Bütün xəbərlər
Aktyor Çarli Şin qonşusu tərəfindən hücuma məruz qalıb
Tarix: 22-12-2023 21:37 | Bölmə: Mədəniyyət

Qonşu amerikalı aktyor Çarli Şini boğmağa cəhd edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı qadın qapını onun üçün açan kimi aktyora hücum edib.
TMZ-nin polisdəki mənbəyə istinadən verdiyi məlumata görə, 58 yaşlı Çarli Şinin qonşusu onun köynəyini cıraraq onu boğmağa çalışıb. Hadisə yerinə həkimlər gəlsə də, aktyor xəstəxanaya yerləşdirilməyib.
Şin qadının niyə aqressiya göstərdiyini bilmədiyini etiraf edib. Onun sözlərinə görə, bu, onların ilk münaqişəsi deyil. Qadın, əvvəllər onun maşınına yapışqan maye tökmüşdü. Bəzi məlumatlara görə, hücumdan bir gün əvvəl o, məşhurun qapısının önünə zibil atıb.
Aktyor polisə müraciət edib, qonşusu həbs edilib.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya