22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Fransanın mədəniyyət naziri Jerar Depardyenin hərəkətlərini biabırçılıq adlandırıb
Tarix: 15-12-2023 21:00 | Bölmə: Mədəniyyət

Aktyor Jerar Depardyenin qadınlara qarşı dediyi sözlər Fransanı biabır edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin mədəniyyət naziri Rima Abdul-Malak deyib. Eyni zamanda, rəsminin sözlərinə görə, aktyorun iştirakı ilə filmlərin nümayişi məsələsi nazirliyin səlahiyyətinə aid deyil, çünki ölkədə yaradıcılıq üçün tam sərbəstlik var.
Depardyeyə qarşı yeni tənqid dalğasının səbəbi 2018-ci ildə Şimali Koreyada çəkilişlər zamanı aktyorla bağlı "France" 2 kanalının reportajı olub. Materialda sənətçinin digər şeylərlə yanaşı qadınlarla bağlı ifadələri də əks olunub. Xəbərdə həmçinin aktrisa Helen Darras 2007-ci ildə “Disko” filminin çəkiliş meydançasında məruz qaldığı Depardyenin cinsi təcavüzündən danışıb.
Jerar Depardye aktrisa Şarlotta Arnunu təqib etməkdə şübhəli bilinərək artıq istintaq altındadır. Bundan əlavə, Mediapart onlayn nəşri sənətçinin xoşagəlməz hərəkətləri ilə üzləşən on üç qadının ifadələrini toplayan material dərc etdi.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya