Bütün xəbərlər
Stokholmda "Nobel" mükafatının təqdimetmə mərasimi keçirilib
Tarix: 10-12-2023 22:12 | Bölmə: Mədəniyyət

2023-cü ilin fizika, kimya, tibb, ədəbiyyat və iqtisadiyyat üzrə "Nobel" mükafatları Stokholmda təqdim olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fizika mükafatı elm adamları Pierre Agostini, Ferenc Kraus və Anne L'Huillier-ə maddədəki elektronların davranışını öyrənmək üçün metodlar yaratdıqlarına görə verilib.
Norveç yazıçısı Jun Fosse novator pyesi və nəsrinə görə Ədəbiyyat üzrə "Nobel" mükafatı alıb.
Catalin Kariko və Drew Weissman, COVID-19-a qarşı mRNA vaksinlərinin hazırlanmasına görə tibb üzrə "Nobel" mükafatına layiq görülüblər.
Mükafatları laureatlara İsveç kralı XVI Çarlz təqdim edib.
Bundan əvvəl Osloda 2023-cü ildə İranda İnsan Haqları Müdafiəçiləri Mərkəzi hüquq müdafiə təşkilatının vitse-prezidenti, fəal Nərgiz Məhəmmədiyə verilən "Nobel" sülh mükafatının təqdimat mərasimi keçirilib. Məhəmmədi hazırda ölüm hökmü əleyhinə hərəkatda iştirak etdiyi üçün həbs cəzasını çəkir. O, dəmir barmaqlıqlar arxasında olsa da, insan haqları sahəsində fəaliyyətini dayandırmır.





Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər