Bütün xəbərlər
“Yaşayan şəhid” təqdim olundu - Audio
Tarix: 07-12-2023 23:21 | Bölmə: Mədəniyyət

“Yaşayan şəhid” təqdim olundu - Audio



“Accel Group” ilk yaradıcı işini - "Yaşayan şəhid" adlı layihəsini təqdim edib. 
Sabaha-inamla.az Axşam.az-a istinadən xəbər verir ki, əsərin söz və musiqi müəllifi Aysel Kərimdir. Dueti Xalq artistləri Nəzakət Teymurova və Zabit Nəbizadə ifa edib.
Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi qazilərimizə psixoloji dəstək və motivasiya ötürməkdən ibarətdir. Yaxın zamanda əsərin klip çəkilişlərinə başlanılacaq.
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun rəhbəri olduğu “Accel” qrupun yaranmasında məqsəd Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı istiqamətində layihələr, elmi konfranslar, simpoziumlar, diskussiyalar, müsabiqələr, kütləvi tədbirlər keçirməkdir.


               





Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya