Bütün xəbərlər
“Twin Peaks”in rejissoru Devid Linç həyat yoldaşından boşanır
Tarix: 07-12-2023 16:59 | Bölmə: Mədəniyyət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əfsanəvi “Twin Peaks” serialının rejissorunun dördüncü arvadı Emili Stoufle 14 illik evliliyindən sonra boşanmaq qərarına gəlib.
TMZ xəbər verir ki, o, 11 yaşlı qızı Lulu Boginia üçün yeganə qəyyumluq, uşaq dəstəyi və vəkil haqqının ödənilməsini tələb edir.
Cütlüyün boşanma səbəbləri açıqlanmayıb.
"Oskar", "Qızıl qlobus", Kann və Venesiya Film Mükafatları da daxil olmaqla, nüfuzlu kino mükafatlarının laureatı olan 77 yaşlı rejissor 4 dəfə evlənib. O, Emily Stuffle ilə "Inland Empire" filminin çəkiliş meydançasında tanış olub. Evlilikdən Lynch-in "Wild at Heart" filminin baş qəhrəmanının adını daşıyan Lulu Boqinia adlı bir qız dünyaya gəlib.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya