Bütün xəbərlər
Maykl Ceksonun ilk studiya yazısı 56 ildən sonra işıq üzü görəcək
Tarix: 07-12-2023 16:26 | Bölmə: Mədəniyyət

Əfsanəvi amerikalı ifaçı Maykl Ceksonun debüt studiya yazısı dekabrın 7-də rəqəmsal formatda nəşr olunacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Michael və qardaşlarının daxil olduğu "The Jackson" 5 tərəfindən hazırlanmış səsyazmadır. "Anotherblock" musiqi platformasının saytında verilən məlumata görə, trek yazıldıqdan 56 il sonra ictimaiyyətə təqdim olunacaq.
"Böyük oğlan" 1967-ci il iyulun 13-də Çikaqodakı "One-Derful Studios"-da qeydə alınıb. O zaman Ceksonun cəmi səkkiz yaşı var idi. Mahnı daha sonra "Steeltown Records" tərəfindən yenidən yazıldı.
Bundan əvvəl Maykl Ceksonun dəri gödəkçəsinin 305 min dollara hərraca çıxarıldığı məlum olub.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya