Bütün xəbərlər
Aktrisa Medea Amiranaşvili dünyasını dəyişib
Tarix: 02-12-2023 21:30 | Bölmə: Mədəniyyət

SSRİ və Gürcüstanın xalq artisti Medea Amiranaşvili 94 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tbilisi Dövlət Konservatoriyası məşhur opera müğənnisinin vəfatı barədə məlumat yayıb.
Medea Amiranaşvili 1930-cu ildə Tbilisidə opera müğənnisi, SSRİ xalq artisti Pyotr Amiranaşvili və müğənni Nadejda Tsomayanın ailəsində anadan olub. 1954-1991-ci illərdə Gürcüstan Opera və Balet Teatrının solisti (lirik soprano) olub.
O, konsertlərdə və kamera müğənnisi kimi çıxış edib və dünyanın bir çox ölkələrində qastrollarda olub. 1972-ci ildən Tbilisi Konservatoriyasında dərs deyib (1982-ci ildən professor).
1991-2006-cı illərdə - Kutaisi Opera Teatrının bədii rəhbəri.Yeddinci çağırış Gürcüstan SSR Ali Sovetinin deputatı olub.




Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya