Bütün xəbərlər
Aktyor Maksim Beletski Hindistanda faciəvi şəkildə dünyasını dəyişib
Tarix: 23-11-2023 11:17 | Bölmə: Mədəniyyət

Rusiyalı aktyor Maksim Beletski 38 yaşında Hindistanda faciəvi şəkildə dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu günlərdə Hindistanda aktyor Maksim Beletskinin faciəli ölümü ilə bağlı xəbərlər gəldi.
Aktyorun ölüm səbəbi barədə məlumat verilmir. Yaxınlarının dediyi kimi, Beletski yandırılaraq Hindistanda dəfn olunacaq.
Aktyor “Qar adamı-poçtalyon”, “Jak və onun qulluqçusu, yoxsa necə divanə olmaq olar”, “Qırmızı papaq”, “Uzaqdakı gözəl”, “Pannochka”, “Barmaley”, “Dəhşətə çevrilir”,"Vinni Pux”, “Emelyanın nağılı” və bir çox başqa pyeslərində rol alıb.
Beletski Palantay adına Mari Respublika Mədəniyyət və İncəsənət Texnikumunu bitirmiş, Sankt-Peterburqda rejissorluq təhsili almışdır. 2007-2021-ci illərdə Yoşkar-Olada Respublika Kukla Teatrında çalışıb. Sənətçi iki dəfə Yoşkar-Ola Teatr Festivalında İvan Kırlı adına Milli Teatr Mükafatını qazanıb, həmçinin Moskvada keçirilən “Qızıl maska” festivalında iştirak edib.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya