Bütün xəbərlər
Elvis Preslinin məşhur zinət əşyaları hərraca çıxarılıb
Tarix: 22-11-2023 21:26 | Bölmə: Mədəniyyət

Elvis Preslinin boynunu bəzəyən əfsanəvi zinət əşyaları Gotta Have Rock and Roll onlayn hərracında satılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, satışa çıxarılan bir çox əşyalar arasında diqqəti çəkən biri daha əvvəl ABŞ-ın Tennessi ştatının Memfis şəhərindəki Elvis Presli Muzeyində saxlanılan aslan caynaqlı boyunbağıdır.
Üstü brilyant və yaqutlarla bəzədilmiş və 500.000 dollar dəyərində olan bu zərgərlik parçası musiqiçinin üslubunun ayrılmaz hissəsi idi və onu konsertlər və ictimai tədbirlər də daxil olmaqla ən əlamətdar tədbirlərdə müşayiət edirdi.
Maraqlıdır ki, unikal boyunbağının sahibləri sadəcə bir zərgərlik parçası deyil, həm də real tarixin bir parçasını ala biləcəklər. Elvis Preslinin bu aksessuarı mühüm tədbirlərdə, o cümlədən boksçu Məhəmməd Əli ilə görüşdə və qızının 5 yaşını qeyd edərkən geyindiyi fotoşəkillər var.
Unikal irsin nümayiş olunacağı hərrac noyabrın 22-dən dekabrın 15-dək keçiriləcək.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər