Bütün xəbərlər
Şakira vergi fırıldaqçılığına görə həbsdən yayınıb
Tarix: 20-11-2023 15:53 | Bölmə: Mədəniyyət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı məşhur müğənni Şakira vergi saxtakarlığı ittihamı ilə məhkəməyə gəlməyəcək.
"Reuters"-in Barselona məhkəməsinə istinadən verdiyi məlumata görə, ifaçı həbsdən yayınmaq üçün məhkəmə ilə sövdələşib və 7,3 milyon avro cərimə ödəməyə razılaşıb.
Xatırladaq ki, ulduz 2012-2014-cü illərdə İspaniyada 14,5 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu.
2022-ci ilin yayında İspaniya prokurorluğu məşhurun vergidən yayındığına görə səkkiz il iki ay həbs cəzası və 23 milyon avro cərimələnməsini tələb edib.Eyni zamanda Şakiranın özü də iddia edir ki, o, ölkənin vergi rezidenti olub.Yalnız 2015-ci ildə və bununla əlaqədar İspaniya hakimiyyətinə heç bir borcu yoxdur.
Müğənni özü İspaniya prokurorunu böhtanda və şəxsi toxunulmazlıq hüququnu pozmaqda ittiham edib.
Daha əvvəl məlum olub ki, İspaniya məhkəməsi müğənni Şakiranın vergi ödəməməsi ilə bağlı ikinci iş açıb - söhbət 2018-ci il üçün şəxsi gəlir vergisi və kapital vergisindən gedir.





Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər