Bütün xəbərlər
Leontyevin nümayəndəsi müğənninin böyük səhnəyə qayıtdığını bəyan edib
Tarix: 16-11-2023 22:55 | Bölmə: Mədəniyyət

Rusiyanın xalq artisti Valeri Leontyev gələn il 75 yaşını qeyd edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ad gününü qeyd etmə ərəfəsində o, yeni böyük konsertlər planlaşdırır. Azarkeşlər uzun fasilədən sonra sevimli ifaçısını görə biləcəklər.
Valeri Leontyevin direktoru Boris Çigirev "News.ru"-ya bildirib ki, ulduz 2024-cü ildə yeni konsertlər verə bilər. Onlar yaxın gələcəkdə planlaşdırılmır, lakin yubiley ilində də istisna edilmir.
Məşhur ifaçının nümayəndəsi müğənninin mühacirətə getməsi ilə bağlı daha əvvəl mediada yayılan xəbərləri təkzib edib. Çigirevin sözlərinə görə, müğənni xaricdə yaşayan ailəsi ilə görüşmək üçün vaxtaşırı Rusiyanı tərk edir.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya