Bütün xəbərlər
Billi Ayliş bir fanatı məhkəməyə verib
Tarix: 16-11-2023 19:46 | Bölmə: Mədəniyyət

Gənc ulduz məhkəmə yolu ilə qeyri-adekvat azarkeşin yaxınlaşmasına qadağa qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı müğənni zəhlətökən 53 yaşlı pərəstişkarının təhdidləri səbəbindən ailəsinin və dostlarının təhlükəsizliyindən qorxurdu.
TMZ xəbər verir ki, Kristoferer Makintayer adlı şəxs Billiyə və onun yaxınlarına sentyabr ayından bəri "narahatedici sevgi elanları" ilə yanaşı, sənətçinin qardaşı Finneasa qarşı hədələrlə yüzdən çox mesaj göndərib.
Sübut olaraq, Billi bir pərəstişkarının ona göndərə bildiyi ürpədici mesajlar verdi:
“Qardaşını və onun dostlarını axtarıram”, “Qardaşın başına gələnlərə görə üzr istəyirəm” və sair bu kimi.
Müğənni iddia edir ki, pərəstişkarı onu əvvəllər evinin yaxınlığında və qohumlarının evində izləyib. Buna görə də, onun hərəkətlərində real təhlükə görən kimi ifaçı dərhal məhkəməyə müraciət edib.
Nəticədə, məhkəmə 53 yaşlı kişinin Billi Ayliş, ailəsi və yaxın dostu Zoe Donaxyu ilə 100 yard (90 metr) məsafəyə gəlməsi və sosial mediada onlarla əlaqə saxlaması qadağan edildi.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya