Bütün xəbərlər
"Qisasçılar"ın kaskadyoru övladları ilə birlikdə qəza keçirərək dünyasını dəyişib
Tarix: 08-11-2023 17:43 | Bölmə: Mədəniyyət

“Qisasçılar”, “Qara Pantera”, “İntihar dəstəsi” və digər məşhur layihələrdə kaskadyorlar üzərində işləyən amerikalı aktyor və kaskadyor Taraya Ramsess avtomobil qəzasında dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun övladları da qəzanın qurbanı olublar.
"The New York Times" xəbər verir ki, Atlantada bir neçə nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Polisin verdiyi məlumata görə, Taraya Ramsess uşaqları ilə birlikdə magistral yolda “Ford” markalı avtomobillə hərəkətdə olarkən sol zolağa çıxan traktorun qoşqusuna çırpılıb.
Kaskadyorla yanaşı, onun 13 yaşlı qızı Sundari və bir aylıq qızı Fuqibo hadisə yerində ölüb. Kisasinin on yaşlı oğlu qəzadan bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib. Uşaq və onun üç yaşlı bacısı Şaziya maşından atılıb. İki uşaq xəstəxanaya yerləşdirilib. Qızın vəziyyəti barədə məlumat verilmir.
Taraya Ramsess 2015-ci ildə filmlərdə kaskadyorluq etməyə başlayıb. Onun iştirak etdiyi layihələr arasında “Həyat üçün pis oğlanlar”, “Azadlıq”, “Qisasçılar”, “İntihar dəstəsi” və s. var.


Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya