Bütün xəbərlər
Puqaçova Rusiyada qalmadı
Tarix: 05-11-2023 15:29 | Bölmə: Mədəniyyət

Rusiyaya gəlişi noyabrın 2-də axşam saatlarında mediaya məlum olan Alla Puqaçova artıq yenidən Rusiyadan kənardadır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçinin əri, Rusiya Federasiyasında xarici agent kimi tanınan şoumen Maksim Qalkin sosial şəbəkələrdə Puqaçova ilə birgə fotosunu yerləşdirib.
Fotoşəkil Siquldada (Latviya) “günəşli bazar havası” başlığı ilə müşayiət olunur.
Bundan əvvəl bildirilmişdi ki, noyabrın 2-də axşam Puqaçova Pskov vasitəsilə Rusiya ərazisinə daxil olub. O, əri və uşaqları olmadan tək idi.
Sənətçi ailəsi ilə birlikdə ötən ilin oktyabrında İsrailə gedib. Bu il oktyabrın sonunda, İsraillə HƏMAS arasında hərbi qarşıdurma başlayandan az sonra onun uşaqları ilə birlikdə Kiprə köçdüyü bildirilir.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər