Bütün xəbərlər
Alla Puqaçova Rusiyaya gəlib
Tarix: 03-11-2023 10:41 | Bölmə: Mədəniyyət

Müğənni Alla Puqaçova Rusiya Federasiyasına Pskov vasitəsilə gəlib. Bu barədə vəziyyətlə tanış olan mənbə məlumat verib.
"Mən gəldim. Tək, Qalkinsiz (Rusiyada xarici agent kimi tanınıb). Pskov vasitəsilə", - RİA Novosti-nin həmsöhbəti bildirib.

Alla Puqaçova 2022-ci ilin oktyabrında uşaqları ilə birlikdə İsrailə gedib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha sonra internetdə onun Moskva vilayətinin Qryaz kəndindəki evini satması barədə məlumat yayılıb.
Sənətçi sonuncu dəfə bu ilin mayında Rusiyada olub - o, modelyer Valentin Yudaşkinin dəfn mərasiminə gəlib. Müğənni harada olması ilə bağlı açıqlama verməyib və media nümayəndələri ilə əlaqə saxlamaqdan imtina edib.


Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər