22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Miss Rusiya – 2023” titulunu Sankt-Peterburq sakini qazanıb
Tarix: 09-10-2023 12:08 | Bölmə: Mədəniyyət

“Miss Rusiya 2023” Sankt-Peterburqdan olan 22 yaşlı Marqarita Qolubeva olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə, builki müsabiqəyə müxtəlif bölgələrdən qadınlardan 85 mindən çox müraciət daxil olub. Müsabiqənin finalı Moskva vilayətində baş tutub.
Marqarita Qolubeva tac və bir milyon rubl mükafat qazandı. O, həmçinin "Miss World" və "Miss Universe"-ə getmək imkanı qazandı. “Kainat gözəli” müsabiqəsinin finalı noyabrın 18-də El Salvadorda keçiriləcək.
"Miss Rusiya" hər il keçirilən milli gözəllik müsabiqəsidir. Seçmə mərhələlər Rusiyanın bütün bölgələrində keçirilir. RİA Novosti xəbər verir ki, müsabiqədə 18-23 yaş arası, boyu 173 santimetr olan Rusiya vətəndaşlığı olan subay qızlar iştirak edə bilər.
Ötən il şounun finalı onlayn keçirilib və 25 qız iştirak edib. “Miss Rusiya 2022” titulunu Orenburqdan olan Anna Linnikova qazanıb.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya