Bütün xəbərlər
Britni Spirsin atası ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Tarix: 06-10-2023 20:51 | Bölmə: Mədəniyyət


Bildirilir ki, müğənni Britni Spirsin atası ağır infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bir neçə həftəni xüsusi infeksion xəstəliklərin müalicəsi müəssisəsində keçirməli olacaq.
Hazırda sənətçinin atası Ceymi Spirs xəstəxanadadır. "PageSix"-in insayderə istinadən verdiyi məlumata görə, 71 yaşlı kişinin səhhətində ciddi problemlər var.
Müğənninin atasına yaxın mənbə "Ceymidə əməliyyat tələb edən ciddi infeksiya var" deyib.
Uzun illər Ceymi Spirs məşhur qızının maliyyə və bütün şəxsi aktivlərinə tam nəzarət edirdi. 2021-ci ildə o, qəyyumluqdan rəsmən istefa verdi. Lakin bundan sonra da ata və qızın münasibətləri gərgin olaraq qaldı.
Bundan əvvəl məlum olmuşdu ki, Britni Spirs atası ilə sui-qəsddə keçmiş əri Sem Əsgərini günahlandırır. Sənətçinin sözlərinə görə, keçmiş əri müğənninin atasına məxsus olan şəxsi hesablarından pul əldə etmək müqabilində bir neçə il onun haqqında məlumat ötürüb.



Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər