22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İosif Priqojin hesab edir ki, Rusiyadan qaçan artistlər uğur qazana bilməyəcəklər
Tarix: 06-10-2023 19:49 | Bölmə: Mədəniyyət


Rusiyanın məşhur musiqi prodüseri İosif Priqojin xüsusi əməliyyat başlayandan sonra Rusiya Federasiyasını tərk edən həmkarlarına münasibətini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Priqojinin sözlərinə görə, ölkəni tərk edən rusiyalı artistlər hələ də geri qayıda bilərlər.O, Rusiyanı tərk edən sənətkarların xarici səhnələri fəth edə bilməyəcəklərinə inanır.

İosif Priqojin etiraf edib ki, o, Ukraynanı və onun xalqını özünə düşmən hesab etmir, lakin onların siyasətçilərini sevmir. Prodüser öz mövqeyini "Utro.ru" ilə söhbətində izah edib.
"Biz hələ də Ukraynanı və Ukrayna xalqını sevirik, lakin onların siyasətçiləri olmadan. Biz Latviya xalqını da sevirik. Aramızdakı əlaqənin kəsilməsi, mədəni körpünün və keçmişimizin məhv olması pis və yanlışdır", -Priqojin bildirib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya