19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
Səttar Bəhlulzadənin tələbəsi: " Heç bir əsərimi satmamışam,hədiyyə vermişəm"-VİDEO+FOTOLAR
Tarix: 20-05-2022 19:34 | Bölmə: Mədəniyyət

Mahirə Muradova sadə, səmimi, vətənpərvər insan və istedadlı rəssamdır. O, Səttar Bəhlulzadə, Eyyb Məmmədov kimi görkəmli rəssamların tələbəsi olub. Bu sənətin sirlərini öyrənib. Çəkdiyi əsərlər, əl işləri ilə tanış olduqdan sonra onun istedadını, peşəkar bir rəssam olduğunu gördüm. Öz doğma yurdunun rəsmlərini, İçəri şəhəri, Qəbələdəki şəlaləni, Göyçayın narlarını, keçmişdəki lampa çıraqlı zəmbillərimizi və s. əsərləri yüksək səviyyədə çəkib. Hörmətli rəssamımızla söhbət edib onun ömür yoluna nəzər saldıq.

-Mahirə xanım, zəhmət olmasa özünüzü təqdim edərdiniz?
-1954-cü ildə anadan olmuşam. Məktəb vaxtı rəsmə çox həvəsim var idi. Bu sənəti çox sevirdim. Birdə həkimliyi.Atam hərbiçi idi. O həm də rəssam idi. Hərbi ali məktəbi, bir də Rəssamlıq Akademiyasını bitirmişdi. Yəqinki ondan keçib mənə bu sənət.Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 il rəssam-dekarator işləmişəm. Sonra filmlər çəkilmədi, işim bağlandı, mən 1990-cı ildə 18 saylı məktəbdə işləməli oldum. 2019-cu ilə qədər orda rəsm müəllimi kimi(1-9-cu siniflər) çalışdım. Orda sərgilərim də olurdu, məktəbdə dekorasiyaları da düzəldirdim.

-Uşaqlarla işləmək çətin deyildi ki, sizin üçün?
-Uşaqlarla işləmək çox maraqlı idi. Mən uşaqlara rənglərlə işləməyi öyrədirdim. Elə uşaqlar var idi ki, işləmək istəmirdilər, rəssamlıqdan çox uzaq idilər. Elə uşaqlar da var idi ki, həvəslə çalışırdılar.
Rənglər özləri bir nağıldı. Rəngləri bir-biri ilə qarışdıranda o qədər rənglər alınır ki. Əsas yeddi rəng var. O yeddi rəngdən yüz rəng almaq olur.
Prezidentimiz Heydər Əliyev bizim məktəbimizə gələndə bir şagirdimiz gəminin formasını düzəltmişdi. Karkaslarla,rənglərlə.Uşaq mənim adımı orda çəkdi, dedi ki, rəsm müəlliməmiz Mahirə müəllimədi. Mən həmin günü iş günüm olmadığı üçün məktəbə gəlməmişdim. Prezidentimiz onlara dedi ki, çox yaxşı olardı ki, müəllimənin özün də görərdik.

-Necə oldu ki, siz bu sənətə gəldiniz?
-Mən məktəbdə oxuya-oxuya uşaqların karikaturalarını, dərsə gecikən uşaqların rəsmlərini, iki alan uşaqların qulaqlarından asılmış iki rəqəmini,eləcə də başqa şəkillər çəkirdim. Bütün məktəb də deyirdi ki, sən deyəsən rəssam olacaqsan. Mən riyaziyyat fənnini sevmirdim. Biologiya, kimyanı yaxşı, fizikanı 3-4-ə oxuyurdum. Mənə o qədər rəssam dedilər ki, axırı gedib Əzim Əzimzadə adına rəssamlıq Texnikumuna girdim. İmtahan verəndə natirmort çəkdim. Dolça, alma, yanında da göy-göyərti qoymuşdular. Biz ona baxa-baxa naturadan çəkdik. İkinci mərhələ insanların portretləri, birdə nağıllar aləmindən idi. Mən Göyçək Fatmanı çəkdim. Rəsmim xoşlarına gəldi.

-Texnikumda müəllimləriniz kim oldu?
-Mənim orda müəllimlərim Səttat Bəhlulzadə, direktorumuz Eyyub Məmmədov,Yaqub Kərimov idi.
Səttar Bəhlulzadə gəlib bizə dərs deyirdi. Biz ancaq onun xarakterini öyrənmək istəyirdik. Uzunsov sifəti, yekə dodaqları, uzun barmaqları,saçlarıvar idi. Yaşı 60 olardı.Dişləri tökülmüşdü.. Çox sadə ,saf və təmiz insan idi. Səttar müəllim o biri rəssamlardan çox seçilirdi.

Oqədər maraqlı insan idi o. O bizə öz həyatını danışırdı. Necə çətinliklə bu sənətə gəlib. Kasıb olub. Bizi İçəri şəhərə öz evinə apardı, tanış elədi. Balaca bir otağı, balca bir qabı var idi. Orda xörəyini bişirirdi. Çayını qoyurdu. Çox yeməklə arası yox idi. Amma biz çalışırdıq tələbə vaxtı onun evinə gedək. Və ona yemək aparırdıq. Evdə gəlib deyirdik ki, müəllim yemək bişirə bilmir, tək qalır.
Bütün günü o öz üzərində işləyirdi. Birdə o altı-bazar piyada gəzməyi xoşlayırdı.Deyiridi ki, bütün Azərbaycanı gəzmişəm. Elə bir insan tapılsa bütün Azərbaycanı gəzsin, xaricə getmək lazım deyil. Elə bilin ki, bütün dünyanı gəzmisiniz. O küçədən daşları, qənbərıəri yığırdı, onlar haqqında bizə məlumat verirdi.

Mən saatlarla onu dinləməyə hazır idim. O öləndə çox pis olmuşdum.Stress içindəydim.
-Sizin diplom işiniz hansı rəsm əsəri oldu?
-Diplom işim təbiət qoynunda qoca çoban qoyunlarını otarırdı, balaca uşaq ağac dibində qamışdan tütək yonurdu.Beş aldım.
-Bəs qeyri-ixtisas fənnindən necə imtahan verməyinizi xatırlayırsınızmı?
-Fizika müəllimimiz var idi.Hər bir şeyə görə üstümüzə qışqırırdı. Diplom almaq ərəfəsində, dedi ki, hamınıza iki yazacam. Heç biriniz mənim dərsimi oxumursunuz.

Bizim qurupda hamısı oğlan idi. Bir qız mən idim. Mənə uşaqlar rayondan ilan gətirmişdilər. O ilanı mən bir il saxladım. Sancan ilan deyildi. Çox gözəl rəngləri var idi. Onu özümlə gəzdirirdim. İmtahan vaxtı gəlib sinifə girdim. Dedim ki, Kərim müəllim mənə qiymət yazacaqsınız? Dedi ki, heç nə bilmirsən, çıx get, səni dindirmək istəmirəm. Dedim mən bir qızam, qiymət yazırsınız, yazın, yazmırsınız işimi bilim? Dedi ki, işini bilib nə edəcəksən?İlanı çıxarıb stolun üstünə atdım. Dedi götür burdan, dedim qoy sizi sancsın. Bu kişi doğrudan da qorxdu. Dedi ver bura kitabçanı, sən çox pis qızsan. Üç yazdı. Çıxıb bayra ilanı ötürdüm oğlanlara, dedim bunu göstərsəniz, qiyməyt verəcək. Beş-altısı elə qiymət aldı. Sonra çıxıb bayra şikayət elədi məndən.
Evdə məni danladılar ki, birdən bu kişi sarılıq xəstəliyinə tutulardı, onda nə olardı? Utanmırsan, ayıb deyil sənə.

-İncəsənət Universitetini necə oldu ki, yarımçıq qoydunuz?
-Mən üçüncü kursdan nişanlandım. İnstitutda artıq biz natürmort işləmirdik. Çılpaq naturalar işləyirdik. İstər qadın, istər kişi.Nişanlım da bilmirdi. Bir gün gəldi,axtarıb bizim sinif otağını tapdı, qapını açdı. Gördü hamısı oğlanlardı, çılpaq natura işləyirik. Mən ona dedim ki, səni bura necə buraxıblar, sənin burda nə işin var? Dedi ki, sən çılpaq kişiləri çəkirsən? Şələ-şüləni götür, gedirik. Gedirəm sənin rəsm məsələni qaldıram.Ya mən, yada sənin rəsm məsələn.
İncəsənət Universiteti yarımçıq qaldı, nişanlım dedi icazə vermirəm.
İndiyəcən də mənim nə çəkdiyim, nə də işlədiyim yoldaşımın xoşuna gəlmir...

-Rəssamlıqla bağlı xaricə də getdiniz?
- Qonşumuzun qızı ilə əlaqə saxlayırdım. Amerikada yaşayırdı. Mən məktəbdə işləyə-işləyə öz videomu onlara göndərdim. Videoda əl işlərim var idi.O da orda deyir ki, belə bir rəssam var. Keramika qablar üzərində şəkillər çəkir, naxışlar işləyir.
Zəng edib dedilər ki, gəlin, maaşınız 1000 dollara yaxın olacaq. Yoldaşıma dedim gedim işləyim, ailəyə dayaq olaram. Yoldaşım da təqaüddə idi. Razılaşdıq. Bilirdilər ki, hansı ailədə qalacam. 2019-cu ildə getdim ora. Həmin gün yaxşı yadımdadır. Amerikanın "pasolu" məni çağıdı.Dedi ki, yol gəlmisən, 2-3 gün istirahət elə. Otağı göstərək, bir də nə iş görəcəksən onu.

Otağı, kraskaları göstərdilər mənə.Üçkünc, nazik farfor çaşkalar gətirdilər. Dedilər sındırsan, xarab olsa bir çaşka 300-400 dollardı. Çox bahalı materiallardan düzəldilib. Amma sınan çaşka deyildi.
Oranın rəssamları bu işə görə 3000-5000 dollar alırdılar.Saat 9-dan 6-ya kimi işləyirsən,işdə bir az çox qaldın əlavə maaş alırsan.
Aparatlar var idi. Çaşkalar üçün ayrıca qablar. "Knopkanı" basırdım,kisti tuturdum asta-asta işləyirdi. Amma bilməliydin hansı rəngi hara vurmaq lazımdır. Fikirləşidrim o rənglərdən bir az gətirim, bizdə farfor qablarla rəssamlar işləyir, onlarla danışaq.Amerikadan rəngləri gətirək, bizimkilər istifadə etsinlər. Həmdə bizneslə məşğul olum.

Nəlbəkiləri, çaşkaları düzəltdim, çox bəyəndilər.
Mən farforların texnolagiyasını öyrəndim, başladım balaca uşaqlara öyrətməyə.Qoymurdular ki, telefonla nəyisə çəkim göndərim. İçəri girən kimi hamının telefonları alınırdı. Heç kimlə danışmaq olmazdı. Heç kim, heç kimin otağına girə bilməzdi.
Mən qaldığım ailədə ər-arvad diplomat idi.Tək qala bilməzdim. heç kimi tanımırdım.
Orda beş ay qaldım. Maaşım az idi. Deyilən məbləği vermədilər. Bu yandan da bizim azərbaycanlılar ordan çıxdı. Onların uşaqlarına rəsm dərsi də öyrədirdim.
Qonşumuzun qızının qardaşıgilə də gedirdim. Onun qardaşıın oğlu 7-ci sinifdə oxuyurdu. Biraz bu uşaqda psixoloji problem var idi. Bu rəsm ona çox yaxşı təsir edirdi. Biz bu uşaqla akvarellə, plastilinlə işləyirdik.
Hazırda mənimlə oxuyan uşaqların yarısı xaricdə çalışırlar.

-Son vaxtlar hansı mövzuda əsərlər çəkmisiniz?
-Son vaxtlar 20-30 əsər çəkdim, müxtəlif mövzularda. Natürmort, müharibə, mənzərə. Mən dənizi həddən artıq çox sevirəm.Mənzərələrim də çaydan, dənizdən ibarətdir. Portretdən janrından çox az istifadə edirəm. Heyvanlarıçəkirəm. Balıqqulağı ilə işləyirəm.
-Sata bildinizmi əsərlərinizi?
-Heç bir əsərimi satmamışam. Müəllim yoldaşlarıma, direktorumuza, uşaqlarıma, qohum-əqrabaya hədiyyə vermişəm. Hası əsərimi xoşlayıblar, demişəm götürün, aparın. İstəyirəm məndən yadigar qalsın.
Müharibə mənə çox pis təsir elədi, özümə qapandım. 20 Yanvarı mən uşaqlara da çəkdirmişəm. Necə ki, insanların yerdə qanları, ölümləri.

-Bu arada müharibə mövzusunda şəkil çəkə bildinizmi?
-20 Yanvarı,Xocalı faciəsini, qərənfilləri ağlayan zaman, ölənləri yerdə olan zaman o vaxt uşaqlarla birlikdə çəkirdik.Müharibə mənə çox pis təsir elədi, özümə qapandım. Qırmızı rəng görəndə halım dəyişirdi. Mən rənglərə baxa bilmirdim.Bir karandaş da əlimə almadım. Artıq şəhid şəkli çəkə bilmirdim.
-Bu gün uşaqlarla işləmək istərdinizmi?
-Yenə də uşaqlara dərs demək istərdim. Çünki müəllimlər özləri lazımı səviyyədə bizim uşaqlarımıza rəsm dərsi keçmir. Szi görəydiniz bu balaca uşaqlar mən sinifə girəndə necə sevinir, əl çalır. Mən o günlərim üçüm darıxıram.İçri girəndə uşaqlar elə bil ki, ən yaxın adamını görürdülər. Hər uşağın nazı ilə oynamaq,hər uşağa düzgün başa salmaq asan iş deyil. Elə uşaq var ki, almanı qoyursan, götürür qara rənglə işləyir. Mən onun albomuna balaca almanı çəkirəm deyir "kak krasiva".Deyirəm "risuy vot tak". Onu heç bir müəllim eləmir.

-Bir vətənpərvər insan, rəssam kimi Şuşaya getmək istərdinizmi?
-Sizə bir sirr açım. Mənim atamKəlbəcərdə "vaenkom" idi. Atam ev almışdı. Orda yaşayırdıq. Onda anam hamilə idi. Mən Kəlbəcərdə anadan oldum. Pasportumda elə yazılıb. Mən çox fəxr eləyirəm Kəlbəcərliyəm. Mən orda 40 gün qaldım. Ora dağlıq yer idi. Şərait çox pis idi. Çimməyə yer yox idi.
Çox çalışıram orda torpaq götürüm özümə. Axı bizim evimiz də olub orda. Atam Bakıya gələndən sonra evi vermişdilər kimsə baxırdı.Atamla anam vaxt tapanda gedirdlər ora. Biz məktəbdə oxuyurduq deyə bizi aparmırdılar.

-Kəlbəcərdə olsanız nə edərdiniz?
-Kəlbəcərin hər bir daşına, torpağıan baxardım .Dağları, əsl torpağın rəngini,gözəl bir mənzərə çəkərdim naturadan.Məscidi çəkərdim. Çox xırdalıqlar var. Məscidin üzərində ərəb dilində yazılar yazılıb.Ordakı o yazıları, rəngləri dəqiqliklə işləyərdim.

-Rəsm çəkməyi dayandırsanız, çətin olmaz ki, sizin üçün?
-Tamam çəkməmək mənim üçün dəhşət olar. Deməli, kor olursan da.
Mənim balaca itim var, qapının ağzında saxlayırıq. İki-üç gün bundan qabaq dəniz qırağına gəldim itlə. Heç kim də yox idi. Dedim ki, gərək karandaşımı, blaknotumu götürəydim, heç olmasa çəkəcəyim şəkilin "nabruska"larını, cizgisini edərdim. Nəsə eləməliyəm, nəsə düzəltməliyəm. Parçalardan kuklalar eləyirəm. Nə qədər kuklalar bağışlamışam qaçqınların uşaqlarına. Sapları "matok" eləyirəm. Sonra onları açanda burma-burma olur. Buruq-buruq olan sapları kukulalar üçün saç eləyirəm.

-Səhv etmirəmsə, əvvəllər sifariş əsasında kuklalar düzəltmisiniz?
-Gedib bərbərxanadan saç, milli paltarlar alırdıq. Hər bölgənin kuklasının paltarı ayrı idi. Onları xaricə göndərirdik.Polad Bülbüloğlu bizim xeyli əl işlərimizi alıb. Almanlar, amerikalılar, kitaylar üçün tikirdik.Sexdə işləyirdim, baş, əl, ayaqlar, karkaslar sifariş verirdik. İçini pambıla doldururduq. Yubka, paltar tikmək üçün dərzimiz var idi. Zərli saplar alırdıq paltarların qıraqlarına naxışlar vurmağa. Mən isə onların sifətlərini düzəldirdim, saçlarını yapışdırırdım. Başına papaq,çalma qoyurdum.
-Hansı arzularla yaşayırsınız?
-Böyük arzularım yoxdur. Hamını xoşbəxyt görmək istəyirəm. İstəyirəm müharibə olmasın .Əmin-amanlıq olsun.
Qələbə xəbərini eşidən
də qızım, uşaqları, mən, üç gün küçələrdə idik. Küçədə oynayırdıq. Millətin necə qışqırmağı, sevinc içində olmağı bir xoşbəxtlik idi. 30 il az vaxt deyil. Bu günləri necə gözləyirdik. Prezidentimizlə fəxr elədik, o hər dəfə televizorda danışanda.
Kaş uşaqlarımız rəhmətə getməyəydi. Qəbirstanlığa girirəm ürəyim partlayır. Cavan-cavan, gözəl-gözəl uşaqlar getdilər. Adamın bağrı çatlayır.
Namiq (MƏMMƏDLİ)MƏMMƏDOV
Sabaha-inamla.az

Baxış sayı: 1 920
Bölməyə aid digər xəbərlər

də qızım, uşaqları, mən, üç gün küçələrdə idik. Küçədə oynayırdıq. Millətin necə qışqırmağı, sevinc içində olmağı bir xoşbəxtlik idi. 30 il az vaxt deyil. Bu günləri necə gözləyirdik. Prezidentimizlə fəxr elədik, o hər dəfə televizorda danışanda.Kaş uşaqlarımız rəhmətə getməyəydi. Qəbirstanlığa girirəm ürəyim partlayır. Cavan-cavan, gözəl-gözəl uşaqlar getdilər. Adamın bağrı çatlayır.
Namiq (MƏMMƏDLİ)MƏMMƏDOV
Sabaha-inamla.az

Baxış sayı: 1 920
Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb