00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
“Neçə dəfə yazmışam, ad vermirlər ki, vermirlər...”
Tarix: 30-09-2018 16:20 | Bölmə: Mədəniyyət

Allahverdi Yolçuyev: “İndi müğənnilər tamadaların soyqırımını edirlər”
Mədəniyyətimizin, incəsənətimizin yükünü uzun illər çiyinlərində daşıyan sənət adamlarımızı yaşlı, orta nəsil yaxşı tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini oxuyub. Amma gənc nəsil əsl səhnə adamlarının, sənət fədailərinin ömür yolu, iş həyatı, yaradıcılığı ilə o qədər də tanış deyil. “Ekspress”in “Nəsildən-nəslə” rubrikası məhz bu körpünü qurmağı, sənət adamlarımızı gənc nəslə tanıtmağı hədəfləyir.
Rubrikamızın bugünkü qonağı 20 il ərzində “Ovçu Pirim” verilişi ilə neçə-neçə nəslin sevimlisinə çevrilən aktyor Allahverdi Yolçuyevdir.
“Bazardan göyərti alıb-satırdım...”
- Allahverdi müəllim, eşitdiyimə görə, uşaqlığınız çox əzab-əziyyətli keçib...
- Mənim indi 60 yaşım var. Çox qəribədir ki, 30 yaşım, 40 yaşım yadımda deyil. Hətta 50 yaşım da yadımda deyil. Əllidən bu yana bir az yadıma gəlir. Amma uşaqlıq illərini insan heç vaxt unutmur...
... O vaxt hər adamda məktəbli çantası yox idi. Anam parçadan çanta tikmişdi. Tapdığım 2-3 kitabı o çantaya qoyub Qərbi Azərbaycanda birinci sinfə getmişəm. Atam da ilk müəllimim olub. Nə tapmışıq yemişik, geyinmişik. Atam müəllim, anam evdar qadın idi. Məndən böyük iki qardaşım, bir bacım vardı. Yaxşı geyinən, velosiped, qışda xizək sürən uşaqlara həsədlə baxırdıq. İki inəyimiz var idi, anam onların südündən qatıq düzəldirdi. Ya bacım, ya da mən ağ xalat geyinib o qatığı bazarda satırdıq, pulunu gətirib evə verirdik. Hamıdan pis, amma hamıdan yaxşı da yaşamırdıq. Dördüncü sinfə qədər orada səkkizillik məktəbə getmişəm. 1969-cu ildə avqust ayının 4-də isə ailəlikcə Bakıya “Vorovski” qəsəbəsinə köçdük. Gələn kimi o vaxtkı Kirov rayonunun 115 saylı məktəbinin 5-ci sinfinə getdim.
Atam yeyib-içən idi. Gələn qonağı çayla yola verməkdən xoşu gəlməzdi. Həmişə ət alırdı, içki içirdilər. O biri qardaşlarım utancaq olduğuna görə məni göndərirdi qonşudan 10 manat borc almağa. Mən də pulu gətirib ona verirdim. O da verdiyim pulu təzədən cibindən əda ilə çıxarıb mənə verirdi. Deyirdi, qonaq gəlib, get şey-şüy al... Bir dəfə, beş dəfə belə... Sonra fikirləşdim ki, qonşu bizdən artıq deyil ki, mən hər dəfə gedib ondan pul alım. Qonşuya fikir verirdim, həyətində göyərti yox idi, amma göyərti satırdı. Soruşanda deyirdi, bazardan ucuz alıram, təmizləyib baha satıram. Onda mən 6-cı sinifdə oxuyurdum. Qonşunun dediyi bu söhbət beynimə batdı. Uzun müddət onun necə göyərti almasını, təmizləməsini izlədim. Atam məktəbdə kakao, korjik almağa hər gün 20 qəpik verirdi. Mən o pulu yığıb “Nəsimi bazarı”na getdim. Məktəb çantamla bir göy-göyərti aldım, gətirib təmizlədim. Uşaqlar, məktəb yoldaşlarım məni görməsin deyə, tezdən 8-ci mikrorayondakı bazara getdim. Göyərtiləri orda satdım... Və o 1970-ci ildən bu 2018-ci ilə qədər heç kimdən pul almağıma ehtiyac qalmadı. Çünki pulu özüm qazandım. Ailə də yaxşı yaşadı, atam da məni borca göndərmədi. Soyuducumuzda meyvə, tərəvəz, ərzaq oldu...
- Bu bacarıqla bəs niyə ticarəti seçmədiniz, teatrı, sənəti seçdiniz?
- Bir gün məktəbdə elan yazılmışdı ki, Yuri Qaqarin adına Pionerlər Sarayına dram dərnəyinə, ansambla oxumağa uşaqlar dəvət olunur. Qərbi Azərbaycanda bizim evdə televizor olmamasına baxmayarq mən çalma, kömürdən bığ düzəldib oyun çıxarırdım. Evdəkiləri, qonşuları güldürürdüm. Həvəsim var idi, mahnı da zümzümə edirdim. Anam savadsız qadın idi. Amma bizi yığıb Azərbaycan nağıllarını oxuyurdu. Nə isə, o elan mənim üçün göydəndüşmə oldu. Gedib ansambla yazıldım. Sonra məktəbin ansamblında Bakı, uşaqlar haqqında mahnı oxuyurdum. Günlərin bir günü Sarayda Yeni İlə hazırlaşırdılar. Bütün dərnəklərdən də Yeni İl şənliyində iştirak eləmək üçün uşaqlar yığırdılar. Bizim dərnəkdən məni bəyəndilər. Yeni İl şənliyində ilk rolum dovşan oldu. Onda dram dərnəyinin o vaxtki rəhbəri mərhum Fikrət Zəkiyev Gənc Tamaşaçılar Teatrının aktyoru idi. O dedi ki, sən dram dərnəyinə gəlsən, gələcəyin daha yaxşı olar, nəinki müğənni kimi. Mən də dram dərnəyinə keçəsi oldum. Orda hətta Heydər Əliyevin qarşısında şeir də dedik. Sarayın direktoru Əhməd müəllim bizə öz övladları kimi baxırdı. Bir dəfə gördü ki, ayaqqabım yırtılıb. Çağırdı məni yanına, adımı, harda yaşadığımı, atamın hansı vəzifədə işlədiyini soruşdu. Sonra sürücüsünə dedi ki, get, bu uşaqla Mərkəzi Univermağa, gözəl bir ayaqqabı al. Dedim, lazım deyil, evdə məni danlayarlar. Dedi ki, evdə deyərsən, tədbirdə yaxşı iştirak etdiyimə görə Əhməd müəllim hədiyyə alıb. O dram dərnəyində uşaq tamaşalarında, nağıllarda, “Komsomal poeması”nda oynadım. Bir gün yenə məktəbdə elan oxudum ki, Kirov rayonunun Mədəniyyət Sarayında dram dərnəyi var. Evə yaxın olduğu üçün ora gedəsi oldum. Orda da bəxtimdən İncəsənət İnstitutunun müəllimi Həsənağa Qafarov dərnəyə rəhbərlik edirdi. O, uzun müddət Azərbaycan radiosunun diktoru olub. İncəsənət İnstitutunda dekan idi. Mən artıq 9-cu sinifdə oxuyurdum. O dedi ki, narahat olma, səni instituta hazırlayacağam. Doğrudan da hazırladı. 1975-ci ildə məktəbi bitirəndən sonra İncəsənət İnstituna qəbul olundum. SSRİ xalq artisti, böyük rejissor, aktyor, dahi insan, əvəzolunmaz sənətkar Ədil İsgəndərovun kursuna. Yenə də gördüm ki, 45 manat təqaüdlə dolanmaq olmur. Orda oxuya-oxuya Opera və Balet Teatrında fəhlə işlədim. Azərbaycan radiosunda diktorluğa başladım. İki veriliş - “Gənclik illəri” və “Tələbəlik illəri”ni aparırdım. “Teleteatr”ın yanında bir atelye var idi, orda qarovulçu da dayanırdım. Özümə geyim-kecim alandan sonra pulumun qalanını da evə verirdim...
Ədil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Ənvər Dadaşov kimi sənətkarlara bir dövrdə yaşayıb onlardan təhsil almaq mənim üçün ən böyük xoşbəxtlikdir. Tələbəlik illərində iki dəfə bədii qiraətçilərin Leninqrad şəhərində keçirilən müsabiqəsində çıxış edib diplomant olmuşam. Tələbə vaxtı məni komik, dramatik rollarda yoxlayıblar. Deyilənə görə, ikisinin də öhdəsindən gəlmişəm.
Beləcə, institutu bitirdim, Ərəblinski adına Sumqayıt Dram Teatrına getdim...
“Səhnədən uzaqlaşmamışam, sadəcə, 4 qızım var...”
- Ədil İsgəndərovun tələbəsi olmaq nə verdi sizə?
- Əgər insanlığın dərəcəsi qiymətlə ölçülsə, o insanın qiyməti yoxdur. Əvəzsiz sənətkar, çox qayğıkeş insan idi. Hamı ilə öz övladı kimi danışırdı. O boyda sənətkar idi, amma heç özünü dartmazdı. İndi ad alırlar, özlərini elə aparırlar, elə bil ondan böyük ad alan yoxdu. Azərbaycan teatrının əyilməz sütunu idi. Sabit Rəhman, Mehdi Hüseyn, Mirzə İbrahimov, Səməd Vurğun kimi yazarları dramaturq kimi yetişdirən o oldu. Mərziyyə Davudovanın, Hökumə Qurbanovanın, Ələsgər Ələkbərovun SSRİ xalq artisti adı almalarında bu kişinin zəhməti olub. Ən axırda da özü alıb. Hətta Kinostudiyanın özündə aktyor kursu açmışdı ki, aktyorlar kinoya daha yaxından bələd olsunlar. Çünki institutda kino aktyorluğu haqqında o dərəcədə məlumat vermirdilər. O istəyirdi ki, bizim milli kadrlarımız olsun, oxusunlar, öyrənsinlər...
O görürdü ki, hansısa tələbə siqaret çəkir, deyirdi, “qadam, Moskvada oxuyanda mən də siqaret çəkirdim, özümü qızlara göstərirdim. Anamın dingəsi var idi, üstündə də qızıllar. Hər dəfə gələndə o qızıllardan birini çıxarıb mənə verirdi. Deyirdi ki, xərcləyərsən, amma pis-pis işlərə xərcləmə. Başa düşdüm ki, siqareti deyir. Ondan sonra siqareti atdım. Siz də siqaret çəkməyin”.
Mirzağa Əliyevdən danışırdı. Deyirdi, çox hazırcavab kişi idi. Danışırdı ki, günlərin bir günü oğrular onun qabağını kəsirlər, deyirlər soyun. Deyir, bura hamamdı bəyəm soyunum. Onda oğrular onu tanıyıblar. Uğunub gediblər, toxunmayıblar...
Ədil müəllim bizə teatrın, aktyorluğun sirlərini, nəzəriyyəsini, tarixini öyrətdi, sənətə məhəbbəti aşıladı.

- Bu il avqust ayının 20-də 60 yaşınız tamam oldu. Bu yaşda hansı rolu oynamaq istərdiniz?
- Yubiley elə bir şeydir ki, insanda stimul yaradır. Yəni, aktyor gözləyir ki, onun sənəti layiqli qiymət alsın. Aktyor gözləyir ki, tamaşaçı onu alqışlasın, ona gül-çiçək versin, istədiyi rolu oynaya bilsin. Düzdür, mən 35 ildir ki, səhnədən ayrılmışdım. Gənc Tamaşaçılar Teatrının sabiq direktoru Mübariz Həmidov mənim tələbə yoldaşımdı. Ona dedim ki, 60 illik yubileyimdə bir tamaşa oynamaq istəyirəm. Əməkdar artist, gənc, istedadlı rejissor Nicat Kazımov Əziz Nesinin ssenarisi əsasında “Öldür məni, Canikom” tamaşasını hazırladı. Xalq artisti Naibə Allahverdiyeva, əməkdar artist Qəmər Məmmədova və mən oynadıq bu üçnəfərlik tamaşada. Yeni gələn direktor Naidə xanım da dəstəklədi, hər cür şərait yaratdılar. Yəqin ki, o tamaşa yenə repertuarda olacaq. Qurdumu öldürmək üçün bir daha tamaşaçılara sübut elədim ki, gərəkli aktyoram.
Bu tamaşadan sonra həmkarlarım da məni çox danladılar. Dedilər ki, yaxşı aktyorsan, niyə səhnədən uzaqlaşırsan? Dedim ki, mən səhnədən uzaqlaşmamışam. Sadəcə, mənim 4 qız övladım var. Bunların toyunu eləmək, köçürmək çox çətindir. Maaşla övlad böyüdə bilməzdim. Musiqili Komediya Teatrında işləyirdim. Beş il İncəsənət Universitetində səhnə danışığından dərs dedim. Amma çatmırdı. Ona görə də toylara üstünlük verdim. İndi övladlar böyüyüb. Yenidən teatra qayıtdım. Bəlkə də başqa tamaşalarda da oynayacağam. Bəlkə Sumqayıt Teatrında rollar oynadım. Çünki Mübariz Həmidov ora direktor təyin olunub.
“5000-dən çox film dublyaj eləmişəm...”
- “Ovçu Pirim” də sizi çox məşhurlaşdırdı...
- Həm məşhurlaşdırdı, həm də bir az dala saldı. İyirmi ildən çox bir obrazın uşaq verilişində yaşaması zarafat deyil. “Laylay”, “Göydən üç alma düşdü”, “Dünya dədənin dedikləri” uşaq verilişlərinin aparıcısı olmuşam. Amma ən çox yaddaqalan “Ovçu Pirim” olub.
- Hələ də fəxri adınızın olmaması sizə necə təsir edir?
- İnsanın zəhməti öz qiymətini alanda, aktyor dəyərini biləndə sevinir, qanadlanır. Bayaq dublyajda səs rejissoru ilə film yazırıq. Deyir ki, “sən xoşbəxt adamsan, filankəs xalq artistidi, heç on nəfərdən biri tanımır. Səninlə bir az yol gedirik, hamı təbəssümlə görüşür. Yəni, mən xalqın artistiyəm. Ad vaxtında verilməlidir. Məmur özbaşınalığı, paxıllıq... Olur da, elə insanlar var, adamın yolunu kəsirlər. Ancaq inanmıram ki, mənim yolumu kimsə kəsə. Çünki mənə sənətdə tıxsız balıq deyirlər. Heç kəsin dalınca danışmamışam, başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Amma ad vermirlər. Bunun üçün jurnalistlər, sənət yoldaşlarım fəal olmalıdırlar. Neçə dəfə məktub yazmışam. Eyni cavab gəlir: ad almaq üçün müstəsna xidmət olmalıdır. Mən də soruşuram: 42 ildir sənətdəyəm, bu xidmət müstəsnadır, yoxsa qeyri-müstəsnadır? Qoy mənim cavabımı versinlər. Heç nə demirəm, 5000-dən çox film dublyaj eləmişəm. Teatrda oynadıqlarımı, radionun fondundakı tamaşalarımı bir yana qoyuram. Qocalar evi, uşaq evləri, cəbhə bölgəsində konsertlərdə olmuşam. Mənim institutda dərs dediyim tələbələr əməkdar, xalq artistidirlər...
Bilirsiniz, mən çox qapı döyməyi xoşlamıram. Belimdə disk yırtığı olduğuna görə işdən uzaqlaşdım. Heç yerdə işləmədim. Kollektivdən təqdimat da olmadı. Sonra da dublyaj, konsertlərlə məşğul olmağa başladım. İndi də səhhətim o qədər yaxşı deyil. Çantamı göstərsəm, hamısı dərmanlardı. Bir ara çox pis depressiya keçirdim. Belimdə yenə ağrı var.
- Toylarda çox tamadalıq eləmisiniz. İndi o sahədə vəziyyət necədir?
- Vaxt var idi ki, Məmmədbağır Bağırzadə, Niyaməddin Musayev, Ağadadaş Ağayev, Qədir Məmmədov, Məhəbbət Kazımov, Aftandil İsrafilov mənim üstümdə didişirdilər. Hamısı istəyirdi ki, onlarla toylara gedim. Parodiyaların, lətifələrin işləyən, toylarımıızn milli ruhu olduğu bir dövr idi. O vaxt adət-ənənələrimiz daha gözəl idi. Toylarımız çox şən keçirdi. Tamadaya ehtiyac var idi. İndiki toylarda 15 dəqiqədən sonra zalda adam qalmır. Səs-küy yaşlı adamlara, orta nəslə çox pis təsir edir. Heç kəs heç nə danışmır. Elə bil yeyib-içib ancaq oynamağa gəliblər. İndi müğənnilər bir növ tamadaların soyqırımını ediblər. Həm oxuyurlar, həm də məclisi aparırlar.
Namiq Məmmədli

Baxış sayı: 1 338
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb