16:31 / 30-05-2026
Moldovanın Kişineu şəhərində “Heydər Əliyev həyatının 100 anı” kitabının təqdimatı - Fotolar
16:21 / 30-05-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
16:14 / 30-05-2026
5 yaşlı qıza təcavüz etməyə cəhd edən saxlanıldı
16:06 / 30-05-2026
Oliqarx anasının dəfn mərasimində iştirak etmək üçün həbsxanasından azadlığa buraxılıb
16:00 / 30-05-2026
Türkiyə əlavə yaşayış icazəsi rüsumlarının tətbiqini rədd edir
15:57 / 30-05-2026
Tusk NATO-nu AB üçün "xeyirli gecə"nin sonu ilə bağlı sözləri ciddiyə almağa çağırdı
15:54 / 30-05-2026
Voronin Maya Sandunun seçki kampaniyasını xaricdəki seçki məntəqələrində seçki saxtakarlığında günahlandırdı
15:51 / 30-05-2026
Yanğınsöndürənlər geyim mağazasında baş verən yanğını söndürürlər
15:08 / 30-05-2026
ABŞ-a uçan "United Airlines" təyyarəsində rus dilində qışqıran sərnişin narahatlığa səbəb olub
15:05 / 30-05-2026
ABŞ-Ermənistan arasında nadir torpaq metalları üzrə müqavilə seçki saxtakarlığı kimi qəbul edilir
11:52 / 30-05-2026
Zelenski Ukrayna Ali Baş Komandanının qərargahını dəyişir
11:48 / 30-05-2026
Pentaqon rəhbəri: "Tramp İranla razılaşma əldə etməkdə səbirli olacaq"
11:44 / 30-05-2026
Əzizi: "İranın Hörmüz boğazı ilə bağlı qərar qəbul etmək hüququ var"
11:41 / 30-05-2026
Rusiya Norveçin təhdid planlarına cavab verəcəyinə söz verib
11:38 / 30-05-2026
Pentaqon rəhbəri: "ABŞ-ın İrana yenidən hücum etmək üçün kifayət qədər silahı var"
11:33 / 30-05-2026
Trampın tibbi hesabatında onun səhhətinin əla olduğu bildirilir
11:30 / 30-05-2026
"JW": Ukrayna üçün maliyyələşdirmə ilə bağlı AB fikir ayrılıqları
10:18 / 30-05-2026
İsrail və Livan hərbi nümayəndə heyətləri ABŞ-da danışıqlar aparıblar
10:07 / 30-05-2026
İran Amerika "F-15E" təyyarəsini Çin MANPADS-ı ilə vurmuş ola bilər
10:03 / 30-05-2026
Bolqarıstan avrozonaya qoşulduqdan sonra büdcə kəsirinə görə AB cəzaları ilə üzləşir
10:00 / 30-05-2026
Ukrayna Silahlı Qüvvələri 2014-cü ildən bəri DXR-də təxminən 10.000 mülki şəxsi öldürüb
23:36 / 29-05-2026
Ərdoğanı elə qucaqladı, hamı ondan danışır - Video
23:30 / 29-05-2026
Ərdoğan Ayasofyada Quran oxudu - Video
23:22 / 29-05-2026
ABŞ Kastronu ekstradisiya etmək istəyir
23:10 / 29-05-2026
Leyla Əliyeva övladları ilə - Video
23:04 / 29-05-2026
Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır-Könül Nurullayeva
14:53 / 29-05-2026
Polşa Zelenskinin "Ağ qartal" ordenindən məhrum edilməsinin mümkünlüyünü müzakirə edəcək
14:43 / 29-05-2026
Tələbə qətlində Amerika süni intellektinin rolu var
14:39 / 29-05-2026
Vladimir Putin Qazaxıstanda keçirilən Ali Avrasiya İqtisadi Şurasının (AİŞ) sammitinin tədbirlərində iştirak edir
14:37 / 29-05-2026
Ukrayna xarici işlər naziri xaricdə 8 milyon vətəndaşının olduğunu açıqladı
14:33 / 29-05-2026
"Reuters": Çin Hami nüvə sahəsinin yaxınlığında 80-dən çox buraxılış meydançası inşa edib
14:26 / 29-05-2026
ABŞ, Danimarka və Qrenlandiya arasında Vaşinqtonda gizli danışıqların mediada yayımlanması
14:22 / 29-05-2026
Altı uşaq qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib
14:19 / 29-05-2026
Krım Zelenskinin məktubunda Trampdan nə istəməli olduğunu izah etdi
13:02 / 29-05-2026
Reşetnikov qaz məsələsini Ermənistan üçün həssas adlandırdı
12:56 / 29-05-2026
Vyetnam hərbi tibbi kursantları Rusiyaya göndərəcək
12:51 / 29-05-2026
Zavoda dron hücumu nəticəsində xəsarət alan qadın xəstəxanada vəfat edib
12:49 / 29-05-2026
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
12:46 / 29-05-2026
Peskov Ukrayna danışıqlarında AB-nin vasitəçiliyini istisna edib
“Teatrda həmişə fitnəkarlar var”
Tarix: 25-09-2018 00:23 | Bölmə: Mədəniyyət

Cənnət Səlimova: “Etiraf edirəm ki, obyektiv adam deyiləm”
Rejissuranın çarı...
- Cənnət xanım, teatra gəlişiniz necə oldu? O vaxtlar qız üçün bu, bir qədər çətin deyildimi?
- Mən 1957-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşam. O vaxt biz orda studiya yaratmışdıq. Tolstoyun “Canlı meyit”, Çexovun “Qağayı”, Qoqolun “Evlənmə” əsərlərini tamaşaya qoyurduq. Bu, mənim üçün böyük bir təcrübə idi. Atam deyirdi ki, “universiteti bitir, sonra aktyorluğa, rejissorluğa gedərsən, mən sənə söz verirəm”. Mən də filologiya fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna Georgi Tovstonoqovun kursuna getdim. Bu, mənim böyük arzum idi. O zaman o, rejissuranın çarı idi. Orda Mariya Osipovna, Anatoli Vasilyeviç Yefros, Oleq Nikolayeviç Yefremov kimi çox istedadlı rejissorlar var idi. Biz orda rejissor kimi rəqs parçaları da göstərməliydik. Ağakişi Kazımov məndən aşağı kursda oxuyurdu. Onu dəvət elədim, Telli ilə Vəlini oynadıq.
Georgi Tovstonoqov çox yaxşı müəllim idi, böyük məktəbdi. Diplom işim Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” tamaşası oldu. Beşpərdəli tamaşa olan müdafiə işini mən Bakıda tamaşaya qoydum. Məhərrəm Kazımov məni Rus Dram Teatrına dəvət etdi. Quruluş verdiyim bu tamaşa uğurlu alındı.
Mən Rus Dram Teatrına çox minnətdaram. Bu səhnədə Çexov, Tolstoy, Dostoyevski, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi yazıçıların əsərlərinə quruluş vermişəm. Bu səhnədə mənə işləməyə imkan veriblər. Bu imkan da mənə geniş şərait yaratdı.
- Bəs Bakı Kamera Teatrı hansı zərurətdən yarandı?
- İncəsənət Universitetində dərs deyəndə mənim aktyor kursum var idi. Ordakı uşaqların -Şövqi Hüseynovun, Nofəl Vəliyevin 16-17 yaşları vardı. Diplom işində “Məkkəyə gedən yol”, “Skapenin kələkləri” tamaşaları var idi. Onda bizə imkan verdilər, biz Kamera Teatrını yaratdıq. İşə başlayanda süpürgəmiz belə yox idi. Az sonra gözəl zal, işıq, səs avadanlığı oldu. Repertuarımızda 30 tamaşa var idi. Şekspirin “Otello”su, Puşkinin “Motsart və Salyeri”si, Dostoyevskinin “Bəyaz gecələr”i və s.
Mən istəmirdim teatr bağlansın. Əlaqədar təşkilatlar üçün fərq etmirdi Kamera Teatrı var, ya yox. Mənim üçünsə bu, tale idi. İndiyə qədər də çox ağır yaradı. Hərdən aktyorlarla yığışıb ötən günləri xatırlayırıq. Amma bu kədərli günləri unuda bilmirik.
- Ad çəkmişkən, yetişdirdiyiniz tələbələr haqqında nə deyə bilərsiniz?
- Mən inanıram ki, Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Kərəm Hadızadə, Gülər Nəbiyeva və başqaları irəli gedəcəklər. Onlar davam edəcəklər. Onlar mənim ruhum altında tərbiyə alıblar.
“Rejissor “ştuçnı tovar”dı...”
- Azərbaycanda rejissorluq məktəbi ilə bağlı fikirləriniz nə yöndədir?
- Rejissor “ştuçnı tovar”dı. 40-cı, 50-ci, 60-cı və 70-ci illərdə Azərbaycanda üç rejissor- Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov olub. Məktəb var. İndi çox ağıllı, istedadlı oğlanlar da var. Amma bilmirəm nə olacaq... Gözləmək lazımdır. Allah xatirinə, mən müxtəlif istedadlı rejissorları öz yerimdə görürəm. Amma... Tovstonoqov böyük müəllim idi. Onun oğlu da çox istedadlı idi. Amma o getdi, yeri boşdur. Çünki yaradıcılıq, şəxsiyyət təkdir.
- Axı, siz İncəsənət Universitetində dərs deyirsiniz. Gələcəyin rejissorlarını siz yetişdirirsiniz...
- Mənim belə bir teoriyam var. İstedad Allahdandı. Biz istedad verməyi bacarmırıq. Rejissor təhlili, quruluş planı, tamaşanın kompozisiyası, obraz, üslub nədi, bu biliyi biz verməliyik. Onlar bunu gələcəkdə necə istifadə edəcək, bu artıq onların taleyidir. Taleyi qurmağı biz bacarmırıq, bilik verməyi bacarırıq. Bu, bizim vəzifəmizdir. Amma tale nə olacaq, bu, Allahdandır.
- Bayaq da “istedadlı oğlanlar” ifadəsi işlətdiniz. Necə baxırsınız rejissorların az qala hamısının kişi olmasına?
- Bu, düzgün deyil. Mənim gəncliyimdə Ulduz Əliyeva Gənc Tamaşaçılar Teatrının baş rejissoru idi. Rus Dram Teatrında Gülcahan Güləhmədova var idi. İndiki dövrdə də Mehriban Ələkbərzadənin, İranə Tağızadənin adlarını çəkmək olar.
Bilirsiniz, bizim peşə fiziki cəhətdən ağır deyil, təfəkkür lazımdır.
- Teatrlarda zaman-zaman qalmaqallar olur, sizcə, əsas səbəb nədir?
- Bu, teatrdı. Teatrda həmişə fitnəkarlar, intriqa var. Krılovun “Fil və musiqi” təmsili var... Səhnə var, əsər var. Bu meydan, bu şeytan. Sən bacarığını, qabiliyyətini göstər, nə deyirlər, desinlər. Uzun ömürdü teatrdayam. Yaxşı başa düşürəm ki, teatrda yüksək dərəcəli yaradıcı heyət olmalıdır. Onda intriqalar, qalmaqallar azalar. Çünki onda hər aktyor öz işi barədə düşünəcək.
- Sizin də paxıllığınızı çəkənlər, uğurlarınızı qısqananlar olub?
- Sənət adamları üçün belədir də. Paxıllıq var, qısqanclıq var. Ancaq mənim üçün bu, vacib deyil. Mənim hisslərim mənim beynimdə, işimdədir. Mən həmişə uşaqlara deyirəm ki, düşmənə inanmaq lazımdır. Əgər o deyirsə ki, bu pisdir, inan ki, pisdir...
Don Juan “Azdrama”dan olacaq...
- Səhhətiniz necədir?
- Allaha şükür. Hələ ki, ayaq üstə dayanıram.
- Teatrdan getməyi düşünmürsünüz hələ?
- Mənim üçün bu, çox ağır fikirdir. Mən işsiz, teatrsız ölərəm. Teatr mənim üçün havadır. Bilirəm ki, hər şeyin axırı var. Amma hələ bu fikri özümə yaxın buraxmıram.
- Elə isə, daha hansı tamaşalarıa quruluş vermək fikriniz var?
- Molyerin “Don Juan”ına. Bu, çox aktual mövzudur. Elə bil ki, müəllif əsəri bu gün üçün yazıb. Burda qadınların sevməsi mövzu deyil. O deyir ki, mən inanıram Allah yoxdu, səma boşdur. Mən inanıram ki, 2+2 dörddür. Başqa inam yoxdur...
Musiqili Teatrda “O olmasın, bu olsun”a quruluş vermişəm. Şövqi Hüseynovu dəvət etmişdim, Məşədi İbadı çox gözəl oynayıb. “Don Juan”a isə
“Azdrama”dan kimisə dəvət edəcəyəm, inşallah.
Rita Əmirbəyova, Natalya Bağırova, Məbud Məhərrəmov, Əkbər Əlizadə, Telman Adıgözəlov, Elşən Şahinoğlu mənim tamaşalarımda öz rollarını məharətlə ifa ediblər. Mən bu istedadlı aktyorlardam tamaşalarımda hələ çox istifadə edəcəyəm.
- “İlahi komediya”nı oxuyursunuz...
- Bu, tələbələr üçündür. Tamaşadakı mahnının əsasında etüdlər olacaq. Bilmirəm, cənnət-cəhənnəmin varlığını bilirlər?.. Mən bilirəm ki, səma boş deyil. Ona görə istəyirəm, hər yaradıcı insan bunu bilsin.
- Bilirəm ki, Tolstoyu çox sevirsiniz. Onunla bağlı bir planınız varmı?
- Lev Nikolayeviç Tolstoy işıqlı yazıçıdır. Ona görə onu sevirəm. İnanıram ki, Protasov olacaq. Mən mütləq “Canlı meyit”i verəcəm.
- Yeri gəlmişkən, tamaşalarınızı tənqid edənlər də tapılır?
- Tənqidi qəbul eləməliyəm. Bizdə belə bir qanun var: tamaşaçı həmişə haqlıdır. Hər tamaşaçının öz fikri var.
- Şah əsərinizi hələ qoymamısınız?
- Bütün tamaşalar mənim uşaqlarımdır. Deyirlər ki, ay Cənnət xanım, iyirmi ildir “Şeyx Sənan” gedir, bəsdirin də, köhnə hamam, köhnə tas... Deyirəm ki, mənim üçün yox, bu, mənim üçün çox doğma və sevimli tamaşadı. Çünki orda Hüseyn Cavidin dahi, müasir fikirləri var. Deyirlər multikulturalizm. “Şeyx Sənan” multikulturalizmdi də. Əsas sevgidi, məhəbbətdi. “Şeyx Sənan”, “Aydın”, “Göyçək Fatma” mənim sevimli tamaşalarımdı.
- “3-cü Riçard” da tamaşaçı tərəfindən yüksək səviyyədə qarşılandı...
- Bu tamaşada mənim üçün əsas müasir fikirdir. Nə Riçard, Nə Neron, nə Stalin, nə Kastro, nə Hitler günahkardır. Bu, bizim günahımızdır. Biz səs vermişik, onları seçmişik.
Angela Merkel deyir, Alman xalqının günahıdır ki, Hitler oldu. Biz ona səs verdik. Məhz xalqın verdiyi səsə görə onlar İsrailə təzminat ödəyirlər. Bu, 3-cü Riçardla, Stalinlə, Hitlerlə qurtarmır. Bu, sonsuz zəncirdir...
Şekspir nəhayətsiz dünyadır. Onda hər dəfə bir yeni şey tapırıq. “3-cü Riçard”da Şekspir deyir: “Mən kralam, bütün dövlət mənimdir. Mən nədən qorxmalıyam? Səma boşdur, heç nə, heç kim yoxdur”. Amma Riçardın son günlərini görəndə başa düşürsən ki, Allah var. Hitler üçün də Allah var...
Şekspir də deyir ki, dünya beşgünlük deyil, biz burada indi nə ediriksə, nə vaxtsa hardasa buna görə cavab alırıq...
“Lütvi Zadəni müzakirə eləmək mənasızdır...”
- Gəlin, həyat yoldaşınızı, Musiqili Dram Teatrının direktoru olmuş Qəzənfər Topçuyevi xatırlayaq...
- O, mənim ən ağır itkimdi. Çünki o, mənə böyük dayaq idi. Mənə çox kömək edirdi. Bakı Kamera Teatrı onun məsləhəti, konkret köməyi ilə yarandı. Mən etiraf edirəm ki, obyektiv adam deyiləm. Amma məncə, o, ən yaxşı teatr müdiri idi. O, çox yaxşı bilirdi ki, teatr nədi. Teatrdakı sexlərin işini çox yaxşı bilirdi. Aktyorları çox sevirdi...
- Dünya şöhrətli alim Lütvi Zadənin yaxın qohumlarından biri də sizsiniz. Həm də demək olar ki, Azərbaycanda yeganə doğmasısınız. Onu necə xatırlayırsınız?
- O, mənim xalam oğludur. Dahi şəxsiyyətdir. Onu müzakirə eləmək mənasızdır. Belə dahi idi, amma çox təvazökar adam idi. Mənim üçün əsl insan idi. Tələbə onun yanına gələndə ingilis dilini bilmədiyi üçün mövzunu ona 1 saata rus dilində öyrədirdi. Qeyri-səlis məntiq onun tək nəzəriyyəsi deyildi. Belə onun beş nəzəriyyəsi var idi. Mən ondan soruşanda ki, Parisdə olmusan, hansı məşhur yerləri gəzmisən, görmüsən? O deyirdi ki, Parisdə iyirmi il olmuşam. Amma mənim üçün nəzəriyyəmlə bağlı keçirilən konfrans vacibdir. Nəinki hansısa yeri gəzmək və ya ora baxmaq.
- Siz də xarici ölkələrdə çox olmusunuz. Daha çox haranı bəyənmisiniz?
- Mən Amerikanı çox sevirəm. Mənim üçün gözəl yerdir. Ora çox teatral ölkədir. “Tayms skver”, “Brodvey şou”su, “Linkoln mərkəzi”, “Metropolitan” muzeyi mənim üçün elə bil ki, doğma yerlərdir.
Sonra İtaliya mənim üçün çox gözəl, abı-havalı ölkədir. London da mənə doğmadır. Orda iki-üç il əvvəl “Hekayəti-Xırs quldurbasan” tamaşasını oynamışıq. Mən çox şadam ki, mənim uşaqlarım Nofəl, Şövqi, Leyli, Gülərlə Londonun görməli yerlərinə baxmışıq. Onda xaricilər bizə deyirdilər, bilmirik ki, Azərbaycanda belə maraqlı teatr var.
- Hər fürsətdə yetirmələrinizin adlarını çəkirsiniz. Bəs, kimi öz varisiniz hesab edirsiniz?
- Tələbələrimin hamısını. Mən Bakıda təkəm. Şövqiyə, Nofələ, Leyliyə zəng edirəm. Onlar həmişə mənim yanımdadırlar...
Namiq Məmmədli

Baxış sayı: 1 207
Bölməyə aid digər xəbərlər

Dünən, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib
14-04-2026, 23:14
"Sun": Madonna 17 apreldə yeddi ildən sonra ilk albomunu buraxacaq
14-04-2026, 17:40
Bəstəkar Raymonds Pauls xəstəxanaya yerləşdirilib
13-04-2026, 19:26
"Yumor kralı" Qeorqe Urski Moldovada vəfat etdi
9-04-2026, 22:13
Məşhur türk aktyoru Burak Deniz narkotik basqını zamanı saxlanılıb
9-04-2026, 21:50
Xəstəxanaya yerləşdirilmiş bütün teatr işçiləri evə buraxılıb
8-04-2026, 20:28
Başqırdıstan mədəniyyət naziri məhkəməyəqədər həbsdə qalıb
31-03-2026, 23:09
Rusiyanın xalq artisti Nikolay Baskova qarşı qiyabi olaraq əlavə ittihamlar irəli sürüb
30-03-2026, 23:33
"Maski şou"nun aktyoru vəfat etdi
29-03-2026, 18:34
Kirkorovun nümayəndəsi müğənninin Hava Limanında siqaret çəkməsi ilə bağlı şərh verdi
26-03-2026, 23:06
İtalyan rejissor opera üzərində işləyərkən qabırğalarını sındırıb
16-03-2026, 22:02
"Skuf" Rusiyada nümayiş olunmayacaq
2-03-2026, 23:32
İranda YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı hücumlarda zərər görüb
23-02-2026, 20:36
Cərimənin gec ödənilməsinə görə cərimələndi
21-02-2026, 21:53
"Buranovskie Babuşki" qrupunun üzvü xərçəngdən əziyyət çəkirdi
19-02-2026, 16:37
Putin kimin həbsdə olması lazım olduğunu izah etmək üçün filmdən bir cümlə istifadə etdi
18-02-2026, 18:17
Rusiyada "Ganvest" qrupunun konsertləri ləğv edilib
16-02-2026, 21:32
Xalq artisti vəfat etdi
15-02-2026, 22:59
Bəstəkar Rıbnikov "Bu-ra-ti-no" mahnısına görə 3 milyon rubl qazandı
15-02-2026, 20:09
Lolitanın konserti ləğv edilib
14-02-2026, 21:04
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı