00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
“Məcnunu oynamaq ən böyük arzumdur”
Tarix: 22-09-2018 23:31 | Bölmə: Mədəniyyət

Teyyub Aslanov: “Ağaxan Abdullayev sənətdə idealım olub...”
Pavarottiyə qulaq asan muğam ifaçısı...
- Teyyub müəllim, gəlin, əvvəlcə sənətə gəlişinizin tarixçəsinə qısaca nəzər salaq...
- Təbii ki, sənətə musiqiyə, muğama olan sevgim sayəsində gəlmişəm. Hələ uşaq yaşlarımdan musiqi ilə məşğul olmuşam. Musiqi məktəbində nağara sinfində təhsil alır, orta məktəbin tədbirlərində çıxış edirdim. Elə həmin illərdə Bakıxanov qəsəbəsindəki Mədəniyyət Sarayında fəaliyyət göstərən “Mahur” instrumental ansamblına üzv oldum. Hərbi xidməti başa vurduqdan sonra İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti -red.) daxil oldum. Universitet illərimdə vokal müəllimim respublikanın əməkdar artisti Yaqut Abdullayeva oldu. Ali təhsilimlə bərabər, muğamlarımıza dərindən bələd olan böyük pedaqoq, əməkdar müəllim Nəriman Əliyevdən muğamın sirlərini öyrənməyə başladım. Bu, içimdən gələn istək idi. Seyid Şuşinskinin tələbəsi olan Nəriman müəllim öz ustadından sonra respublikada muğam üzrə əməkdar müəllim adına layiq görülən ikinci pedaqoq idi. Həm ifaçı həm də müəllim olan Nəriman Əliyevin müəllimliyi başqa bir aləm idi. Muğam müəllimliyi mövzusunda söhbət düşəndə hamının yadına ilk olaraq Nəriman müəllim düşür. Bu gün Azərbaycan muğam sənətinin ən görkəmli nümayəndələrinin əksəriyyəti onun tələbələridir...
- Bəs uşaq vaxtı kimləri dinləyirdiniz, kimə oxşamaq istəyirdiniz?
- Ağaxan Abdullayevə çox qulaq asmışam. O, bir növ mənim sənətdə kumirim, idealım olub. Həm də Ağaxan müəllimlə çox yaxın olmuşuq. O, böyük ustad, şəxsiyyət idi. Heyifsilənirəm ki, aramızdan tez getdi. Hələ ondan çox şey öyrənmək olardı. Məclislərdə tez-tez bir yerdə olurduq. Xətrimi çox istəyirdi. Çox baməzə insan idi. Yaş fərqimiz var idi. Buna baxmayaraq həmişə mənə deyirdi ki, sən mənim kiçik qardaşımsan. Lətifə danışmağı çox sevirdi. Xüsusən də sənətkarlardan. O, bizim üçün bir tarix idi...
- İndi hansı musiqiləri və ifaçıları dinləyirsiniz?
- İlk növbədə qədim təsniflərə, xalq mahnılarına, bəstəkar mahnılarına qulaq asıram. Bundan əlavə, dünya musiqisini də dinləyirəm. Hind musiqisinə, caz və roka da qulaq asıram. Özümün də muğam-caz, muğam-rok sintezində ifalarım var. Muğam sənətində isə Alim Qasımova, Hacıbaba Hüseynova, Arif Babayevə, Mütəllim Mütəllimova, Seyid Şuşinskiyə qulaq asıb onların ifaçılıq texniklarından bəhrələnməyə çalışmışam. Klassik vokal ifaçılarını, ən çox da Luçano
Pavarottini dinləməyi xoşlayıram...
- Hansı muğamları daha çox sevirsiniz?
- Muğamların hamısını sevirəm. Sevə-sevə də ifa eləmişəm. Bir diskim işıq üzü görüb. Bu diskdə muğam, təsnif, bəstəkar, xalq mahnıları -”Mahur”, “Bayatı-kürd”, “Kor ərəbin mahnısı”, “Aman təklik əlindən” toplanıb. Birlikdə çalışdığım musiqiçilərlə öz dəsti-xəttimiz var. Qulaq asanda bilinir ki, bu, bizim işləmələrdir. Hazırda bir sıra mahnılar üzərində işləyirik. Sərdar Fərəcovun bəstəsi olan “Nişan günü” mahnısını yenidən hazırlayırıq. Bu ayın sonunda böyük mütəfəkkir şair Nəsimi adına festival keçiriləcək. Festival çərçivəsində bizim də birsaatlıq solo-konsertimiz olacaq. Əməkdar artistlər Əliağa Sədiyev, Şirzad Fətəliyev, Kamran Kərimov və beynəlxalq müsabiqələr laureatı Elnur Mikayılovla birlikdə. Qeyd edim ki, Azərbaycan muğamlarının hamısını oxumuşam. Amma hamısını lentə yazdırmamışam. İkinci disk barədə düşünürəm.
Muğam fransızı necə cənnətə apardı?..

- Bu yaxınlarda “Xalq artisti” fəxri adına layiq görüldünüz. Xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
- 1995-ci ildən bu günə kimi dövlət tədbirlərində iştirak edirəm. Fəxri ad xəbərini eşidəndə insan qəribə hisslər yaşayır. Sevinirsən ki, sənətinə, əziyyətinə qiymət verən xalq, dövlət var. Həmin gün evdə idim. Fəxri ad almağımla bağlı ilk olaraq xəbəri mənə sənət dostum, muğamlarımızın mükəmməl bilicisi, tarzən Vamiq Məmmədəliyev verdi. Həqiqətən də xəbərim yox idi. Gözəl hisslərdi...
Fürsətdən istifadə edib dövlət başçımıza, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sənət adamlarına, xüsusən də muğam sənətinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.
Onu da qeyd edim ki, Vamiq müəllim özü də dövlət başçımızın eyni sərəncamı ilə xalq artisti adına layiq görüldü.
- Muğam sahəsində fəaliyyətiniz bir qolu da onu xaricdə təbliğ etməyinizdir. Azərbaycan muğamı xarici ölkələrdə necə qarşılanır?
- Muğam sənətimiz çox yüksək səviyyədə qarşılanır. Əvvəllər xarici səfərlərimiz zamanı əcnəbi millətlərin muğama belə isti münasibəti mənə qəribə görünürdü. Düşünürdüm ki, bizim dilimizi bilmirlər, mədəniyyətlərimiz fərqlidir, muğam onlar üçün o dərəcə əziz ola bilməz. Amma muğamı dinlərkən onların keçirdikləri hissləri gözlərindən oxumaq olur. Tamamilə düzgün fikirdir ki, musiqinin dili olmur, musiqiyə sərhəd yoxdur. Hər dəfə qastrollar zamanı tamaşaçılar soruşurlar ki, bu nə janrdır. Çalışıram, muğam barədə ətraflı məlumat verim. Mən rusun, gürcünün muğama ağlamağının şahidi olmuşam. Elə bu səbəbdən də xaricilərə sual vermişəm ki, muğama qulaq asanda hansı hissləri yaşayırlar. Bir fransız dedi ki, “gözümü yumanda özümü cənnətdə hiss elədim. Açanda gördüm ki, burdayam. Fikirləşdim ki, bu musiqini ancaq cənnətdə eşidə bilərəm”.
Rus isə deyir ki, “elə bilirəm içimdə bir təlatüm var. Gah kövrəlirəm, gah da sevinirəm”.
Bütün bunlar, əlbəttə ki, bizim muğamımızın əsrarəngizliyi, qüdrətidir.
- Siz həm də müəllimsiniz. Pedaqoji sahədə işləriniz necədir?
- 1999-cu ildən pedaqoji fəaliyyətlə məşğulam. On il Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 37 saylı Uşaq Musiqi Məktəbində dərs demişəm. 2009-cu ildən isə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, hazırda da dosentiyəm. Həmçinin Milli Konservatoriyada da vokalçılara muğam dərsi deyirəm. Çox istedadlı tələbələrim var. Onlardan Qənbər Axundov axırıncı muğam müsabiqəsində diplomant oldu. Günay Mehdiyeva, Rizvan, Suma, Vüqar kimi tələbələrimin adlarını fəxrlə çəkirəm...
“Toyda heç vaxt deməmişəm ki, bu, azdı...”
- Teyyub müəllim, tanınmış muğam ifaçısısınız, ən yüksək fəxri ada layiq görüldünüz, universitet müəllimisiniz. İndi hansı arzularla yaşayırsınız?
- İnsan daim arzu ilə yaşayır. Sənətlə, ailə ilə bağlı arzular var və ümumilikdə həyat özü bir arzudur. Arzu həm də sabaha ümiddir...
- Boş vaxtınızı necə keçirirsiniz? Hobbiniz varmı?
- Uşaq yaşlarımda şahmatla məşğul olmuşam. Bir müddət hobbim şahmat idi. Futbola da marağım var. Vaxt olub dostlarla -tarzən Əliağa Sədiyev, nağara ifaçısı Kamran Kərimov, xanəndə Firuz Səxavət və başqa yoldaşlarla voleybol da oynamışıq. Son illər isə vaxtın azlığı bu məşğuliyyətlərə fasilə verməyimə səbəb olub.
- Heç olmasa, kitab oxumağa vaxt tapırsınız?
- Son illər əsasən qəzəl oxuyuram. Vaxtilə bədii əsərlər oxuyurdum. Mütəmadi olaraq Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Hacı Mail, Seyidağa Həbibovun yaradıcılığından nümunələr oxuyuram. Mütaliəm isə əlbəttə ki, əsasən yenə də qəzəldir.
- Hansı verilişlərə baxırsınız?
- Son illər efirə baxmağa vaxtım olmur. Tarixi və detektiv filmləri izləməyi xoşlayıram. Filmdə rejissor işi, aktyor oyunu varsa, baxıram. İncəsənət İnstitutunu aktyor kimi bitirmişəm. Demək, bu, mənim həm də sahəmdi...
- Teatrla aranız necədir?
- Televiziya tamaşalarının demək olar ki, hamısına baxmışam. Teatra isə vaxtım olanda gedirəm. Akademik Milli Dram Teatrında Elçinin “Ah Paris, Paris!” tamaşası və repertuarda olan digər səhnə əsərləri, eləcə də Gənc Tamaşaçılar Teatrının səhnəsində “Aydın” tamaşasına baxmışam. Tələbə yoldaşım, sənət dostum, əməkdar artist Şövqi Hüseynov həmin tamaşada oynayırdı. Vaxt olanda Opera və Balet Teatrının tamaşalarını da izləyirəm.
- Heç içinizdən aktyor olmaq istəyi keçibmi? Və ya, aktyor olsaydınız, hansı rolu oynayardınız?
- Düzdür, beş il aktyorluğu oxumuşam. Amma içimdən aktyor olmaq keçməyib. Tələbə vaxtı Tədris Teatrının tamaşalarında çıxış etmişəm. Nə vaxtsa, filmlərdə baş rollara çəkilmək böyük arzum olub. Amma filmdə çəkilməsəm də, ifa etmişəm. Eldar Quliyevin “Girov” filmində muğam parçaları mənim ifamda lentə alınıb.
- Məsələn, Məcnunu oynamaq istərdiniz?
- Məcnunu teatrda oynamaq mənim çox böyük arzum olub. Amma hələ ki qismət olmayıb. Düzdür, “səndən yaxşı Məcnun olar, nə əcəb oynamamısan?” deyənlər var. Dəvət eləsinlər, oynayım da...
- Yeri gəlmişkən, “Leyli”nizin kim olmasını istərdiniz?
- Leylilərin elə hamısı ilə oynayardım. Olacaqsa, bu bir qismət, kiminlə oynayacaqsan, artıq bu da bir qismətdi...
- Həcc ziyarətində də olmusunuz...
- Allahın qisməti ilə Həcc ziyarətində olmuşam. Orda olmaq gözəl hissdir. Allaha inanmalısan, Allahdan istəməlisən ki, sənə o ziyarəti qismət eləsin. Mən də bunu Allahdan istəmişəm. Allah-taala duamı eşidib, qismət edib. Buna şükürlər olsun.
- Sənətdə yolunuzu davam etdirən varmı?
- Oğlum Nicat caz-pianoçudur. Mədəniyyət və İncəsənət Universitetinin estrada kafedrasının müşayiətçi müəllimidir.
- Toylara da gedirsiniz. İndi vəziyyət necədir, dolanışıq çıxır?
- İfaçı muğamları düzgün çatdıra biləndə gəlib ona heç nə sifariş vermirlər. Sadəcə, qulaq asırlar, əhsən deyirlər. Mən həmişə Allahıma şükür eləyən adamam. Həmişə də demişəm ki, Allah bərəkət versin. Heç vaxt deməmişəm ki, bu, azdı, çox olsun...
- Daha çox nədən əsəbiləşirsiniz?
- Ən çox avtomobil idarə edəndə əsəbi oluram. Sürücülər arasında elə naşıları, piyadalar arasında elə məsuliyyətsizləri olur ki, istər-istəməz əsəbiləşirsən. Amma əsəb gəldiyi kimi tez də keçib gedir...
Namiq Məmmədli

Baxış sayı: 1 115
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb