Murad Dadaşov məşhur aparıcıları “Xəzər”ə gətirdi
Tarix: 22-04-2020 18:10 | Bölmə: Mədəniyyət

Murad Dadaşov məşhur aparıcıları “Xəzər”ə gətirdi

Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi “Xəzər” TV-də dəyişikliklərə davam edir.
Open.az xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, Dadaşov bu aralar kanala yeni aparıcılar cəlb etməklə məşğuldur.
Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da “Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.
M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar. Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər