21:13 / 07-07-2026
Uşaqlara atəş açıb
Bütün xəbərlər
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
Tarix: 07-07-2026 20:52 | Bölmə: Mədəniyyət


 Ermənistanın Əməkdar artisti Artaşes Aleksanyan 64 yaşında vəfat edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dostu Harutyun Boqaryan sosial mediada Aleksanyanın xəstəxanada üç gün keçirdiyini bildirib.
Aktyor Rusiya tamaşaçılarına "Sınıq işıqların küçələri" və "Quldur Peterburq" seriallarındakı rolları ilə tanınır.
"O, xəstəxanada üç gün keçirib. Saat 3:55-də ürəyi döyüntülərini dayandırıb.Kədərli xəbəri ilk eşidən mən olsam da, hələ də zənginizi gözləyirəm... Siz əsl kişi idiniz".
Artaşes Aleksanyan Gerasimov adına Kinematoqrafiya İnstitutunu (Armen Ciqarxanyanın emalatxanası) bitirib. O, Yerevandakı Qabriel Sundukyan adına Milli Akademik Teatrda, eləcə də Mher Mkrtçyan adına Yerevan Bədii Teatrında işlədiyi məlumdur.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər