22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
Tarix: 25-06-2026 22:02 | Bölmə: Mədəniyyət


 Komediya Teatrının aktrisası Aleksandra Drozdova həmkarı və sevgilisi İlya Delə bıçaqla hücum etməkdə günahkar bilinib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS şəhər məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qadın 200 saat ictimai iş cəzasına məhkum edilib, lakin zərərçəkmişlə barışdığı üçün həbsdən azad edilib.
Məhkəmə Drozdovanın hərəkətlərini Rusiya Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi (səhlənkarlıqdan ağır bədən xəsarəti yetirmə) ilə yenidən tövsif edib, ona 200 saat ictimai iş cəzası verib və zərərçəkmişlə barışdığına görə cəzadan azad edib.
İşə Sankt-Peterburqun Kuybışevski Rayon Məhkəməsi tərəfindən baxılıb.
Sevgililər arasında məişət münaqişəsi 12 aprel 2025-ci il tarixində baş verib. "Lensovet" Teatrının aktyoru İlya Del sinəsindən və qolundan bıçaq yaraları alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Onun sevgilisi Aleksandra Drozdova saxlanılıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər